Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Neft hasilatı 10 faiz azaldılmalıdır”


Ekspertlərə görə, dünya iqtisadiyyatında və siyasətində hər hansı fövqəladə hadisə baş verməsə, “qara qızıl”ın qiymətində ciddi artım olmayacaq


Neft Nigeriya və ABŞ-da yüksələn hasilat səbəbindən qlobal təklif artıqlığının davam edəcəyinə dair narahatlıqlara görə ucuzlaşıb

Nigeriyanın neft naziri Emmanuel Kachikvu ölkənin istehsalının gündəlik 1,75 milyon barelə çatdığını və hökumətin dəstəyi ilə artmağa davam edəcəyini və üsyançılarla əldə edilmiş atəşkəsin istehsalın artmasını təmin etdiyini bildirib. 

ABŞ-da açıqlanacaq rəsmi neft ehtiyatları (stok) məlumatının fonunda “Bloomberg”in sorğusuna qatılan iqtisadçıların təxminlərinə görə, 3,31 milyon barel artması gözlənilir. Neft İxrac edən Ölkələr Birliyi (OPEC) ölkələri və Rusiyanın gələn həftə Əlcəzairdə keçirəcəkləri qeyri-rəsmi toplantıda hasilatın dondurulmasına dair addım atacaqları fərziyyələrinə bağlı olaraq avqust neft ayında bahalaşmışdı. Venesuela prezidenti Nikolas Maduro OPEC üzvlərinin razılaşmağa yaxın olduğunu söyləyib. OPEC-in baş katibi nazirlərin razılaşması vəziyyətində fövqəladə yığıncağın mümkün ola biləcəyini ifadə edib.
Ekspertlər isə bildirirlər ki, istehsalın dondurulması bir müddətə qiymət sabitliyi təmin edəcək. Ancaq bazarın istehsalın azaldılmasını görməyə ehtiyacı var. Digər tərəfdən, ABŞ-ın neft ehtiyatları qiymətlərin yüksəlməsinə bir maneə olaraq qalır.

Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiyasının rəhbəri Mohamed El Gorchi isə də “IMF News”a müsahibəsində neftin qiymətinin düşməsinin Azərbaycana təsiri haqda danışaraq bildirib ki, neftin dəyərinin yüksək həddə olduğu illərdə ÜDM-in və dövlət gəlirlərinin dörddə üçü, ixracatın isə 90 faizi neft sektorunun payına düşürdü: “Neftin qiymətinin kəskin düşməsi ixracatdan gələn, eləcə də karbohidrogen ehtiyatları hesabına əldə olunan gəlirlərin, xarici investisiyaların, Azərbaycanın əsas müstəqil fondundan dövlət büdcəsinə köçürülən vəsaitin və infrastruktura qoyulan sərmayənin sürətlə azalmasına səbəb olur. Neftin ucuzlaşması həmçinin valyuta kurslarına, eləcə də valyuta rezervlərinə təzyiq göstərir”.  
Venesuelanın neft naziri Euloxio del Pino isə bildirib ki, neft bazarında cari tələbə uyğunlaşmaq üçün neft hasilatı 10 faiz azaldılmalıdır. Onun sözlərinə görə, dünya neft hasilatının hazırkı həcmi 94 milyon barelə bərabərdir. Lakin neft bazarında tələb və təklifi tarazlaşdırmaq üçün hasilat həcmi 10 faiz və ya 9 milyon barel azaldılmalıdır. Nazirin açıqlaması investorların diqqətini yenidən neft bazarında təklifin izafiliyi probleminə çevirib. Neft bazarı həmçinin ABŞ neft institutu tərəfindən açıqlanması gözlənilən həftəlik neft ehtiyatlarının dinamikası barədə məlumatı gözləyir. 

Ekspertlər musavat.com-a neftin yaxın aylardakı qiymət proqnozu barədə danışıblar. Həmçinin qiymətlərin ölkə iqtisadiyyatına təsirlərinə diqqət çəkiblər. Professor Elşad Məmmədov məsələ ilə bağlı musavat.com-a açqılamasında bildirib ki, neftin dünya bazarlarında qiymətinin hansı səviyyədə olması ölkə iqtisadiyyatı üçün hələ uzun müddət strateji əhəmiyyət kəsb edəcək: “Belə ki, yaxın illərdə ölkədə neft  sahəsindən əldə edilən gəlirlərlə müqayisə edilə biləcək hər hansı digər sahələrin formalaşması elmi hesablamalara görə qeyri-realdır. O baxımdan, hələ uzun müddət ölkə iqtisadiyyatının əsas makroiqtisadi göstəriciləri neft qiymətlərinin konyukturuna köklənəcək. 

Neft qiymətlərinin bu ilin sonuna və gələn il ərzində hansı dinamika ilə hərəkət edəcəyinə gəldikdə, fikrimcə, dünya iqtisadiyyatında və siyasətində hər hansı fövqəladə hadisə baş verməzsə, neftin qiymətlərində hansısa bir önəmli artımın olmayacağını proqnozlaşdırmaq olar. Bunun başlıca səbəbləri sırasına Qərb-Rusiya münasibətlərinin kəskinləşməsi fonunda geosiyasi amillər, neft hasilatında inqilabi sayıla biləcək şişt texnologiyalarının tətbiqi ilə bağlı olan texnoloji amillər, dünya  iqtisadiyyatının liderləri olan Amerika və Çin iqtisadiyyatlarında müşahidə edilən artım tempinin zəifləməsi, aparıcı neft  hasilatçıları ölkələri olan RusiyaSəudiyyə Ərəbistanın neft  hasilatının azaldılmasında maraqlı görünməmələri, neft təklifinin önəmli dərəcədə artmasına səbəb olan ”İran amili" aid edilməlidir. Neft  qiymətlərinin inkişaf  dinamikası baxımından bu strateji amillərin hamısı bu ilin sonunda və gələn il ərzində dünya bazarlarında neftin qiymətində ciddi artımın olmayacağını bildirməyə əsas verir. O ki qaldı neftin qiymətlərinin daha yaxın perspektivlərinə, ənənəvi olaraq, əksər ölkələrdə “məzuniyyət” sezonunun bitməsi ilə əlaqədar olaraq, yaxın həftələrdə neftə tələbin bir qədər də azalması fonunda  qiymətlərin bir qədər də enəcəyini gözləmək lazımdır".

İqtisadçı alim Fikrət Yusifov isə musavat.com-a deyib ki, neftin qiymətləri ətrafında nə qədər proqnozlar verilsə də, iki böyük həqiqət var: “Birinci həqiqət qiymətlərin son iki ildəki kəskin dəyişməsinin siyasi motivləri onun iqtisadi motivlərindən dəfələrlə artıqdır. Gəlin məsələni bir qədər detallaşdıraq: Neft hasil edən ölkələrin hamısı bu qiymətlərin artmasında maraqlıdırlar. Lakin onlar iki ildir ki, buna heç cürə nail ola bilmirlər. Çünki bu qiymətlərin qalxmasında bir ölkə- dünyanın ən böyük iqtisadi və siyasi güc sahibi Amerika Birləşmiş Ştatları maraqlı deyil. Neftin qiymətlərinin mümkün qədər aşağı salınmasında bu ölkənin yeganə məqsədi, Rusiya- Ukrayna münaqişəsinə cavab olaraq, Rusiya iqtisadiyyatını çökdürməkdir. Bu məqsədi reallaşdırmaq xatirinə hətta Birləşmiş Ştatlar öz neft sənayesindəki zərəri də normal hal kimi qəbul edir. OPEK üzvü olan ölkələrin son iki il ərzində neftin hasilatını azaltmaqla bağlı keçirdiyi toplantıların heç bir qərar qəbul edilmədən yekunlaşması da ABŞ-ın xüsusi xidmətləridir. İkinci həqiqət- neftin qiymətlərinə siyasi motivlərlə nə qədər təsir edilsə də, onun hasilatının sabit qalması üçün neft sənayesinə mütəmadi olaraq yatırımlar olunmalıdır. Son iki ildə bu sahəyə yatırımlar demək olar ki, edilmir və ya lazım olandan çox aşağı səviyyədə edilir. Belə olan halda, bir müddətdən sonra hasilatın azalması qaçılmaz olacaqdır. Elə bir vəziyyət gözlənilir ki, orada artıq heç bir siyasi motivin işləməsi mümkün olmayacaq. Bu səbəbdən də yaxın iki ildə neftin qiymətlərində müsbət dəyişikliklər qaçılmazdır. Konkret rəqəmlər söyləmək bir qədər çətindir. Lakin gələn il bu qiymətlərin orta illik 60 dollar səviyyəsində, 2018-ci ildə isə 70 dollar səviyyəsində olacağı inandırıcı görünür”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Ən çox oxunanalar