Çərşənbə axşamı, 07 Aprel 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

"İtirməkdən ən çox qorxduğunuz vaxt olsun" -  Gənclərə...

Lalə Məhərrəmlinin gənclərə sözü var...

Pedaqoq Lalə Məhərrəmli yazır...

Gənclər, gələcəklə bağlı planlarınız nədir? Seçdiyiniz ixtisasa nə dərəcədə peşəkar yiyələnmisiniz? İrəli addımlamaq üçün nə edirsiniz? Yoxsa kimdənsə kömək umursunuz? Yaxud hər şeyi zamanın öhdəsinə buraxıb günləri yola verirsiniz? 

Bu sualların cavabında çətinlik çəkirsinizsə, bu yazı tam sizin üçündür. Pedaqoq Lalə Məhərrəmli şəxsi facebook səhifəsində gənclərə məsləhətlərini paylaşıb.

PİA.az həmin yazını olduğu kimi təqdim edir:

Gənclər, diqqətlə oxuyun... Lalə xanımın sizə sözü var...

1. Çoxlu kitab oxuyun. Sonra iş, ailə və s. İstədiyiniz qədər vaxt tapmayacaqsınız buna. Bədii kitablardan çox ixtisas kitablarına üstünlük verin. İxtisasınızda peşəkar olun sonra bədii kitaba da vaxt ayıra bilərsiniz.

2. Mütləq xarici dil öyrənin. Yaşa dolduqca beyin də əlavə məlumatlarla dolu olur və dil öyrənmə prosesi ikiqat çətinləşir. Gününüzün bir neçə saatını buna sərf edin.

3. Hədəfləriniz və dəyərlərinizi indidən təyin edin. O yolda planlar qurun. Yazın, hesablayın, sistemləşdirin və mütləq zamanın idarəsini öyrənin. İndidən vərdişə çevirin.

4. Ailə həyatı qurmağa tələsməyin. Bu mövzuda maariflənin. Uşaq psixologiyasını öyrənin. Ailə psixologiyası haqqında məlumatlanın.

5. İş əxlaqınız olsun, ailə əxlaqınız olsun, dostluq əxlaqınız olsun, təhsil əxlaqınız olsun. Bir sözlə ƏXLAQ öncəliyiniz olsun.

6. Tez ruhdan düşməyin. Heç kim sizə söz verməyib ki, əlinizi atdığınız hər iş alınacaq. Və ya asanlıqla alınacaq. Çox çalışacaqsınız. Hər kəs istirahət edəndə siz çalışacaqsınız ki, vaxtı gələndə istirahət edə biləsiniz.

7. Xərclərinizə diqqət edin. Gələcəyi görə bilməyi öyrənin. Xərcləyərkən xərclənməyin.

8. Getdiyiniz yolda sağlam olmayan və sizin inkişafınıza dəstək verməyən tənqidə (təhqirə) fikir verməyin. "Yaxşı oldu" deyib yola verin. Yola davam edin. Ömür getdiyin yolda hər dəqiqə dayanıb hər hürən itə daş atacaq qədər uzun deyil. Sağlam tənqidi isə nəzərdən qaçırmayın. Qeyd edin. Üzərində işləyin və onu edənə təşəkkür etməyi unutmayın.

9. İnsan vərdişlərindən ibarətdir. Hər gün nə edirsənsə sən "o"san. Ondan ibarətsən. Yaxşı işləri vərdiş halına gətirin.

10. Mütləq tez durmağa vərdiş edin. Günü ən uğurlu edən proses səhər tez durmaqdan başlayır. İnsanların yuxudan ayıldığı vaxt sən artıq 1-2 işini bitirmiş olursan.

11. Pozitivə köklənməyə çalışın. Sahib olduğunuz hər şey üçün təşəkkür edin, sevinin. Olmayanları görmək yerinə olanlarınızla xoşbəxt olun. Olmayanlara kədərlənmək yerinə olanları artırın və inkişaf etdirin.

12. Baş verən hər hadisədə başqalarını günahlandırmaqdan əl çəkin. Öz həyatınızda öz məsuliyyətinizi dərk edin və sükanı ələ alın. Ümumiyyətlə günahlandırmaq, keçmişə ilişib qalmaq, bunlara enerji sərf etmək yerinə həll yolunu axtarmağa enerji sərf edin.

13. Empatiya qurmağı öyrənin. Bu həyatınız boyu insanlarla münasibətdə ən çox lazımınız olacaq məsələ olacaq.

14. Sağlam qidalanmaq və hərəkətli (idman) yaşamaq özünüzə qoyduğunuz ən sərt həyat qanununuz olsun.

15. Unutmayın! İndi gəncsiniz. Amma həmişə gənc olmayacaqsınız. Vaxt gedir. Aylar, illər ötür. İndi siz bunu oxuyanda da dayanmır.
İtiriməkdən ən çox qorxduğunuz vaxt olsun. Onu sevdiklərinizə verin, inkişafınıza verin, sağlığınıza verin,amma itirməyin!

Hörmətlə: Lalə Məhərrəmli

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Digər yazıları

Yorğunluqdan necə xilas olmaq olar? -Günü sabah başlayın

"İtirməkdən ən çox qorxduğunuz vaxt olsun" -  Gənclərə...

loading...

Ən çox oxunanalar