Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

1011 nəfər qidadan zəhərlənib


Respublikada ilin əvvəlindən bu günə kimi 1011 nəfər qidadan zəhərlənib


Təkcə yay mövsümü ərzində 572 nəfər qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib. 

Hər il olduğu kimi bu il də zəhərlənmə əsasən məişətdə hazırlanan və köhnələn yeməklərdən baş verib. Şirniyyatlardan zəhərlənmə halları da bu mövsümdə daha geniş qeydə alınıb. Məişətdə hazırlanan turşular isə botulizm (infeksion xəstəliklər) hadisələrinə səbəb olub. Qeydə alınan 19 botulizm hadisəsi zamanı bir nəfər dünyasını dəyişib. Respublika Gigiyena və Epidemialogiya Mərkəzinin Qidalanma şöbəsinin müdiri İmran Abdullayev vətəndaşların, xüsusilə qidalanma zamanı müxtəlif qidaları bir-birinə qatdığını və bunun sonda zəhərlənməyə gətirib çıxardığını deyir.

Bu mövsüm müxtəif həşaratların qurbanı olanlar da az deyil. Təkcə ilan sancmasından 76 nəfər zəhərlənib və xəstəxanaya yerləşdirilib. Əqrəb və qara qurd sancması faktı ilə ümumilikdə 31 nəfər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilib. İlan sancmasından əsasən orta yaşlı insanlar əziyyət çəkib. Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov onların arasında 15 uşağın olduğunu deyir. 

Bu il də ilan sancmaları əsasən Respublikanın aran rayonlarında qeydə alınıb. Havalar sərinlədikcə bu cür müraciətlərin sayında da kəskin azalma müşahidə olunur.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Bakıda 13 yaşlı oğlan internat məktəbindən qaçaraq atasını axtarır

Ən çox oxunanalar