Bu gün 125-lər Siyası Klubu Bakının Qafqas İslam Ordusu tərəfindən düşməndən azad olunması münasibəti ilə Şəhidlər Xiyabanı ziyarət ediblər
PİA.AZ-a daxil olan məlumatda bildirilir ki, 125-lər Siyası Klubu bu gün saat 12:00-da təşkilat üzvləri ilə birlikdə Bakı uğrunda şəhid olan Qafqaz İslam Ordusu əsgərlərini andı. Ziyarətdə 20 yanvar və Qarabağ Şəhidlərinin məzarları önünə qərənfillər qoyulub.
Daha sonra 125-lər Siyasi Klubunun sədri İlhamiyyə Rza, Qarabağ Qaziləri Şurasının sədri Etimad Əsədov və millət vəkili İqbal Ağazadə Türk Şəhidliyi önündə çıxış ediblər.
pia.az