Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

13.6 milyon dolları Cahangir Hacıyevə verdi, indi geri ala bilmir...


İsrailin BSD Crown şirkəti Azərbaycan Beynəlxalq Bankına Cahangir Hacıyevin dövründə depozit kimi yerləşdirdiyi 13.6 milyon dolları geri ala bilmədiyini bəyan edib

Bu haqda şirkətin Londondan yaydığı press-relizdə bildirir. 

Şirkətin səhmləri London birjasında alınıb-satıldığına görə BSD Crown Azərbaycan bankında yerləşdirdiyi depozitin aqibəti ilə bağlı səhmdarlara məlumat verməyə borcludur.

Şirkətin baş icraçı direktoru Yossi Schneorson bildirir ki, 2015-ci il dekabrın 15-də Azərbaycan Beynəlxalq Bankında yerləşdirdiyi depozitin geri alınması üçün müraciət edilib. Azərbaycan Beynəlxalq Bankı təsdiq edib ki, şirkətin 13.6 milyon dollarlıq depozitini saxlayır. Lakin həmin pulların qaytarılmasına dair şirkətin müraciətinə cavab olaraq Beynəlxalq Bank bir qədər vaxt istəyib. Daha sonra Beynəlxalq Bank  pulların 2017-ci ilin mayına qədər 12 aylıq müddət ərzində faizləri ilə birlikdə geri qaytarılmasını təklif edib. Razılaşmaya əsasən birinci ödəniş 500 min dollar olmalı idi.

“Beynəlxalq Bankın əsasən dövlət bankı olduğunu, Azərbaycanda ümumən likvidlik və valyuta məsələlərini nəzərə alaraq şirkət təklifi qəbul etməyə razılıq verib. Bununla belə 2016-cı il iyulun 20-nə qədər Azərbaycan Beynəlxalq Bankı şirkətə cəmi 250 min dollar qaytarıb. Nəticədə şirkət əlavə olaraq bütün mümkün yollardan istifadə etməyi nəzərdən keçirir və Azərbaycan Beynəlxalq Bankının depoziti mümkün qədər tez geri qaytaracağını gözləyir”-baş icraçı direktor bildirir.



BSD Crown yüzlərlə adda ərzaq məhsullarının distributorluğunu həyata keçirən Willi Food şirkətinin səhmlərinin mülkiyyətçisidir. virtualaz.org araşdırıb ki, BSD Crown Ltd özü İsrailin BGİ investisiya şirkətinin törəmə şirkətidir. Şirkətin nəzarət səhm paketi bu yaxınlara qədər Ukraynanın Odessa vilayətindən olan yəhudi oliqarx Aleksandr Qranovskiyə məxsus olub. Hazırda o, Ukraynada bizneslə məşğuldur.

Qranovski Ukraynanın Çerkassk vilayətində anadan olub. Bu ölkədə iri biznesmenlərdən biridir, “Focus” jurnalının sahibidir. Habelə Qranovski spirtli içkilər istehsalı, bank və otel biznesi kimi sahələrdə çoxsaylı aktivlərə malikdir. 2007-ci ildən İsrailə investisiya yatırmağa başlayıb, 2013-cü ildə Willi Food şirkətnin nəzarət səhm paketini alıb. Daha sonra səhmlərdən mənfəət əldə edə bilmədiyi üçün satmağa qərar verib.

İsrail şirkətinin  Azərbaycan bankında depozit adı altında pul gizlətdiyi səhmdarlardan birinin məhkəməyə şikayətindən sonra ictimailəşmişdi. Bu ilin yanvarında şirkətin səhmdarlarından biri Eldad Levi İsraildə məhkəməyə sorğu verərək BSD Crown-un Azərbaycan bankında 11 milyon dolları nədən yerləşdirdiyinin açıqlanmasını tələb etmişdi. Həmin vaxt söhbətin hansı bankdan getdiyi açıqlanmırdı.


Şirkətin 18 min 652 ədəd səhminə malik olan Eldad Levi səhmdar cəmiyyətlər haqda yerli qanunvericiliyə istinad edərək şirkətin müəyyən maliyyə sənədlərinin, o cümlədən Avstriya bankındakı 30 milyon dollarlıq depozit hesabına və Azərbaycandakı bank hesabındakı 11 milyon dollara dair sənədlərin açıqlanmasını tələb edib.

İddiaçı bildirib ki, bu sənədlərin açıqlanması şirkətin həmin vasaitləri qanuni əsasda yerləşdirib-yerləşdirmədiyini müəyyən etməyə kömək edəcək. İnvestor hesab edir ki, şirkət vəsaitləri xarici banklarda gizlədərək səhmdarlara dividendlərin verilməsindən yayınmaq istəyir.

Şirkət isə iddiaçının ərizəsində göstərilmiş tələblərlə bağlı vəkillərin araşdırma apardığını açıqlayıb.

Ötən ilin iyulunda Qranovski BGİ holdinqinin səhmlərini yəhudi əsilli ukraynalı maqnat Qriqori Qurtovoya satıb.  Qurtovoy bu ilin əvvəllərində bəyan edib ki, Qranovski BGİ-nin səhmlərinə nəzarət edəndə şirkətin vəsaitlərinin bir hissəsi Avstriya və Azərbaycan bankında depozit kimi yerləşdirilib. Daha sonra həmin vəsaitlər hansısa şirkətlərin götürdüyü kreditlərə görə bank təminatı kimi göstərilib.



Lakin Qurtovoy özü Qranovskinin biznesini “fırladan” adam kimi tanınır və İsraildə onun həmin bəyanatına inanmadılar. İsrailin Qiymətli Kağızlar İdarəsi bildirdi ki, Qurtovoy və BGİ-nin iki yüksək vəzifəli əməkdaşı “qlobal miqyasda heyrətamiz dələduzluq” əməli törədiblər. Onlar şirkətin vəsaitlərini qanunsuz yollarla xarici banklarda yerləşdirərək maliyyə hesabatından gizlədiblər. İdarə biznesmenə qarşı araşdırma başladıb və bu ilin fevralında Qurtovoy BGİ holdinqinin vəsaitlərini qanunsuz yollarla xaricə çıxarmaqda ittiham edilərək həbs olunub. Bu pul yuma əməliyyatına görə aparılan təhqiqatda əsas fiqurantlardan biri də Qranovskidir. Çünki Azərbaycan və Avstriya bankında pullar məhz onun zamanında yerləşdirilib. Söhbət Beynəlxalq Banka Cahangir Hacıyevin rəhbərlik etdiyi dövrdən gedir.



İsrailin Haaretz nəşrinin yazdığına görə Qurtovoy Təl-Əvivdə məhkəməyə ifadə verməyə gedərkən saxlanılıb. Qəzet yazır ki, Qurtovoy on milyonlarla dolları qanunsuz yollarla xaricə çıxarmaqda ittiham olunur. Ona qarşı araşdırma BGİ holdinqinin səhmlərini partnyoru Qranovskidən 2015-ci ilin iyulunda alandan sonra başlayıb. Qurtovoyu girov müqabilində həbsdən buraxıblar. Ancaq İsrail Qiymətli Kağızlar İdarəsi əmindir ki, bu dələduzluq əməli hələ Qranovskinin holdinqə nəzarət etdiyi dövrdə başlayıb.(virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - Video    

Ən çox oxunanalar