Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

16 yaşlı qız oğlan üstə digər qızı öldürdü



Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham olunan Zaqatala rayon sakini, 1998-ci il təvəllüdlü Aydan Xəlitovanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib


Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı aprelin 2-ə təyin olunub.

Qeyd edək ki, qətl hadisəsi ötən il noyabr ayının 27-də baş verib. Xəzər rayonunun Albalılıq yaşayış sahəsindən Bakı şəhər sakini Şəms Nəhmədova kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilib. Həkimlərin səyinə baxmayaraq yaralı xəstəxanada dünyasını dəyişib.

Xəzər Rayon Polis İdarəsi (RPİ) 2-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Zaqatala rayon sakini Aydan Xəlitova həbs olunub.

İlkin versiyaya görə, hadisə oğlan üstündə baş verib. Bir oğlana görə bıçaq davasına qalxan qızlardan biri ölüb, digərini isə uzunmüddətli məhkumluq həyatı gözləyir.(Virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Ən çox oxunanalar