Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

18 nəfəri ilan sancdı


Mövsüm başlayandan bu günə qədər ilan sancması ilə 25 nəfər müraciət edib. Müraciətlərin 7-si may, 18-i iyun ayında olub


Bu sözləri publika.az-a açıqlamasında 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.
 
Onun sözlərinə görə, iyun ayında müraciət edənlərin 12-si  xəstəxanaya yerləşdirilib, 6 nəfərə isə ilkin yardım göstərilib, evə buraxılıb. Ilan sancanların 2-si uşaq olub.
 
“Müraciətlər həm paytaxt, həm də bölgələrdən olub. Bölgələr arasında əsasən, Hacıqabul, Şirvan, Şamaxı, Qəbələ, Yevlax, Bərdə Şəmkir, Cənub rayonlarından olub. Konkret olaraq hansı bölgənin üstünlük təşkil edəcəyini demək çətindir. Çünki bütün bölgələrdən müraciətlər olub. Bakıda isə əsasən Maştağa, Zirə, Qaradağ, Güzdək üstünlük təşkil edir. Ümumilikdə, ilansancma əsasən, daş karxanaları və kənd təsərrüfatı sahələrində olur. Müraciətlərə əsasən, deyə bilərik bu il gürzə ilanları daha aktivdir”.
 
A.Maqsudov ilansancma zamanı ilkin müdaxilədən də danışıb:
 
“Bəzən insanlar ilkin yardımdan xəbərsiz olur. İlan dişləyən yerə qatıq çəkir, zəhəri ağızla çəkməyə, yaranı kəsməyə  çalışırlar. Bu üsulların heç birini məsləhət görmürük, bunlar ilan sancan yerdə infeksiyalaşmaya səbəb olur. Bu da sonradan müalicə prosesini çətinləşdirir. İlan sancan insan hərəkətsiz vəziyyətdə saxlanmalıdır. Həmin hissə iplə sarılmalıdır ki, zəhər bədənə yayılmasın, ən geci yarım saata həkimə çatdırılmalıdır. Bəzən isə hadisə baş verəndən iki-üç gün sonra vətəndaşlar həkimə müraciət edirlər. Bu isə çox yanlışdır və ağır fəsadlarla nəticələnə bilər”.
 
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar