Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

1 milyonluq Rusiya ordusu NATO-ya təhlükəlidirmi?



“Ordunun döyüş qabiliyyəti çox aşağıdır”


Ruslar Sibirdə, NATO isə Avropa Birliyinin şimal-şərq ərazisində “Nizənin ucu” kod adlı hərbi təlimlər keçirir. 

PİA.AZ azpolitika.info-a istinadən bildirir ki, hərbi gücün nümayiş etdirilməsi Ukrayna böhranı ilə əlaqədar olsa da, eyni zamanda bütün mütəxəssislər bu problemin hərb yolunun olmadığını vurğulayırlar. Həm Qərbdə, həm də Şərqdə qorxu və narahatçılıq hiss edilir.

Sovet İttifaqının dağılması nəticəsində ixtiyarındakı torpaqların dörddə birini, əhalisinin yarısını və öz zənginliyinin əhəmiyyətli bir hissəsini itirən ruslar, qürurlarına sığışdırıb, açıq şəkildə söyləməsələr də, özlərinin zəif tərəflərini yaxşı anlayırlar. Çünkü indi Rusiya yalnız regional böyük dövlət hesab olunur. Ruiya öz qərb sərhədlərinə NATO-nun yaxınlaşmasını təhlükə və həm də onun qapısı ağzında Qərbin təsir zonasının genişlənməsi hesab edir ki, bu da onun üçün qəbuledilməzdir. Qərb isə əslində çar rolunda ”rus torpaqlarını birləşdirən” Putinin, keçmiş sovet ərazilərini yeni etiket altında bərpa edə biləcəyindən ehtiyatlanır. Krımın ilhaq olunması və onun ardınca həm açıq, həm də gizli şəkildə şərqi-Ukrayna separatçılarının müdafiə edilməsi, belə bir təhlükənin real ola biləcəyi şübhələrini artırır. Bununla yanaşı, Putinin NATO ilə sərhəddə dayanmayacağı ehtimalı da mövcuddur.

Adi silahlardakı aşağı səviyyəli döyüş hazırlığı

Lakin Qərb məntiqini itirməməli və panikaya qapılmamalıdır. Rusiya nüvə arsenallı dövlət olaraq qalmaqdadır. Amma onun bu potensialı müharibə üçün deyil, rəqiblərini qorxutmaq üçün yararlıdır. Elə buna görə də, Putin indi nüvə arsenalının bir hissəsini modernləşdirmək istəyir. Bunu ruslar tərəfindən atılmış normal adım kimi dəyərləndirmək lazımdır. Çünkü soyuq müharibə bitdikdən sonra, Rusiyanın adi silah növləri ilə olan döyüş qabiliyyəti əvvəlki dövrlərə nisbətən çox geridə qalıb. Həm də ki, SSRİ zamanı Kremlin ixtiyarında 4 milyon silahlı əsgər vadı. Halbuki, indi onların sayı bir milyondur.

Ancaq Rusiya Hesablama Palatasının məlumatına görə, ordudakı əsgərlərin real sayı 766 min nəfərdir. Hərbi xidmətə çağrış əvvəlki kimi qalsa da, lakin xidmət müddəti bir ildir. Çağırışçılar çox pis hazırlanılırlar və onların döyüş qabiliyyəti demək olar ki, tam aşağı səviyyədədir. Uzun müddət Pentaqon və Dövlət Departamentində yüksək vəzifələrdə çalışmış Lesli Qelb, özünün son təhqiqatlarında göstərir ki, Rusiya ordusunun böyük bir hissəsi Uzaq Şərqdə yerləşdirilib. Rusiya ordusunun elitar hərbi hissələrində 100 min nəfər xidmət göstərir və onların da əksəriyyəti Cənub hərbi dairəsində yerləşdirilib. Amma əsas məsələ ondan ibarətdir ki, həmin elitar hərbi hissədəki əsgərlərin yalnız müəyyən bir qismi NATO-nun müvafiq standartlarına cavab verə biləcək səviyyədədir.



RusiyaNATO ordularının müqayisəsi
————————————————-
Ümumiyyətlə isə, Lesli Qelbin gəldiyi nəticə belədir: ”2014-cü ilin yayında Rusiya Ukrayna sərhəddinə elitar hərbi hissələr də daxil olmaqla, 40 min əsgər toplaya bilmişdi. Bu Ukraynaya təhlükə yaratmaq üçün kifayət edirdi. Lakin bu cür qruplaşmalar, çətin ki, Şərqi və Mərkəzi Avropadakı NATO ordularına təhlükə törədə bilər. Hal-hazırda Rusiya ordusu say baxımından, Varşava paktının keçmiş üzvlərinə təhlükə yarada biləcək səviyyədə deyil. Ona görə də Moskvanın bu ölkələrə müdaxiləyə cəhd göstərməsi və onları yenidən işğal etməsini təsəvvürə gətirmək mümkün deyil.”

Putinin bioqrafiyasının müəllifi Fiona Hill bu fikirləri bölüşərək bildirir: ”Silahla güc nümayiş etdirməsinə baxmayaraq, Putin və Kreml NATO ilə müharibə istəmir”.

Moskvadakı Karnegi mərkəzinin rəhbəri Dmitri Trenin də eyni düşüncələri bölüşərək, deyib: ”Pribaltika ölkələri və Polşa narahat olmaya bilər. Rusiya onlara hücum etməyə hazırlaşımır”.

Hərbi düşüncə diplomatiyanın önünü kəsməməlidir



Bəs, əgər Kreml rəhbəri şirniklənərək, digər ölkərlərə qarşı Ukraynanın timsalında olduğu kimi hibrid müharibəsi aparmağa başlamağa cəhd göstərə bilərmi? Elə məhz belə bir təhlükəni nəzərə alaraq, NATO Baltik ölkələrində “Alicənab atlayış” (Noble Jump) kod adlı hərbi təlimlər həyata keçirib. Həmin təlimlərdən gəlinən nəticə ondan ibarətdir ki, NATO Putinin “yaşıl adamlar”ının öhdəsindən gələ biləcək.

Yaxşı olardı ki, bütün bunların hamısı Kremlin rəhbərinə bir daha nümayiş etdirilsin. NATO-nun üzvü olan Şərqi Avropa ölkələrinə silah və texnika yerləşdirilməsi barəsindəki ABŞ planı, indiki vəziyyət üçün tamamilə məntiqli görünür. Ancaq şübhəsiz ki, hərbi düşüncə, diplomatik səylərin önünü kəsməməlidir. Hərbi imkanlarla mövcud təhlükənin dayandırılması, məslənin yalnız bir tərəfidir. Digər yandan isə dövlət işlərinin idarə olunması məharəti də boş durmamalıdır. Vaxtilə Villi Brandt və Helmut Şmidtin gərginliyin azaldlması yönündə sərgilədikləri siyasi prinsipləri, bu gündə yararlıdır. Yəni, silahlanma prosesi ilə bərabər, danışıqlar da aparılmalıdır.

Bu yoldakı ilk məqsəd, uçurumun kənarına gəlib çatmış tərəflərin üç addım geri çəkilmələridir. İkinci məqsəd isə Minsk-2 razılaşmasına riayət olunmasıdır. Əgər bu mümkün olmazsa, onda hər hansı istənilən yolla həl olunmayan Ukrayna münaqişəsinin dondurulması lazımdır. Üçüncü məqsəd isə Moskva ilə kompromisə gəlmək üçün gərəkli yolların axtarılmasıdır. Sözsüz ki, bu yanaşma strateji dözüm tələb edir. Əgər irəlidəki dövrlərdə Çindən gələcək təcavüzkar təzyiqlər Rusiya üçün əlavə problemlər yaradarsa, onda növbəti nəsillər Moskva ilə kompromis əldə edə bilərlər. (Die Zeit)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar