Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

2013-cü ilin fəlakətləri


Dəhşətli yanğınlar, qəzalar, qasırğalar


2013-cü ildə dünyada baş verən böyük fəlakətlər minlərlə insanın həyatına son qoyub: insanlar qatar və təyyarələrdə səfər edərkən, su basqınlarından və dəhşətli partlayışlardan ölüblər. Modern.az saytı yola salmağa hazırlaşdığımız ildə baş verən və dünyanın diqqətini cəlb edən ən dəhşətli fəlakətləri təqdim edir.

Gecə klubunda cəhənnəm

2013-cü ilin yanvarında Braziliyanın Santa-Mariya şəhərindəki “Kiss” gecə klubunda baş verən yanğın hamını dəhşətə gətirib. Rəsmi məlumatlara görə, hadisə nəticəsində 233 nəfər dünyasını dəyişib, 100 nəfər isə çoxsaylı xəsarətlər alıb. Şahidlərin sözlərinə görə, “Gurizada Fandangueira” qrupunun çıxışı zamanı “gümüşü yağış” adlanan pirotexnikadan istifadə olunub. Pirotexnikanın qığılcımları  tavandakı səsi izolyasiya edən örtükdə yanğına səbəb olub və zəhərləyici qaz qısa zamanda klubun bütün ərazisini bürüyüb. Ardınca qəflətən başlayan yanğın kluba gələn minlərlə insanın təşvişinə səbəb olub. Ölənlərin bir hissəsi boğulub, qalanları isə basabasda ayaq altında qalıblar. Ölənlərin əksəriyyəti 16-20 yaşlarında olublar. Bu, Braziliya tarixində son 50 ildə ən böyük faciə olub, Santa-Mariya şəhərində 30 günlük rəsmi matəm elan olunub. Yanğına görə polis 3 nəfəri həbs edib. Bunlardan klubun sahibi, musiqiçi, və müəssisənin təhlükəsizlik xidmətinin rəhbəridir.

Zəhərli partlayış

Aprel ayında ABŞ-da gübrə zavodunda güclü partlayış baş verib. Texas ştatındakı 2,8 min əhalisi olan Vest şəhərciyi hadisə nəticəsində hərbi döyüş zonasını xatırladıb. Evlərin çoxu, o cümlədən məktəb və qocalar evi dağılıb. Amerikalı yanğınsöndürənlər uzun müddət yanğını söndürə bilməyiblər. Yerli sakinlər isə atom bombasının partlayışını xatırladan hadisədən şoka düşüblər. Partlayış zamanı 200-ə yaxın adam xəsarət alıb, partlayış dalğası 25 kilometrlik radiusda hiss olunub. Ekspertlər deyiblər ki, zavodda kimyəvi maddələrin saxlanılması ilə bağlı problem olub.

Banqladeşdə dəhşətli uçqun

Banqladeş paytaxtının ətrafındakı şəhərcikdə 8 mərtəbəli “Rana Plaza” evinin uçması nəticəsində dağıntılar altında mindən çox adam qalıb. Binada tikiş fabriki, bank və bir neçə mağaza yerləşirdi. Faciə yerinə yaxın ərazidən keçən yolda bir neçə gün hərəkət dayanıb. Yerli polisin nümayəndələrinin verdiyi məlumata görə, faciə nəticəsində ölənlərin sayı 1127 nəfər olub. Qeyd edək ki, bu hadisə nəticəsində bir möcüzə də baş verib. Xilasedicilər uçqundan 100 saat sonra dağıntılar altından sağ qalan bir qadını çıxarıblar. Hüquq-mühafizə orqanları binanın və zavodun sahibini kompleksdə qeyri-leqal tikinti aparmaqda və bunun nəticəsində işçilərin həyatı üçün təhlükə yaranmasında ittiham ediblər.

Əsrin daşqını

May ayının sonunda Avropanı fəlakətli “böyük su” basıb. İlk əlverişsiz hava şəraiti Çexiyada başlayıb. Praqdakı Vltava çayında suyun gözlənilmədən həddini aşması nəticəsində bir neçə gün 51 metro stansiyası suya qərq olub. Şəhərdən əhalinin kütləvi köçürülməsinə başlanılıb. Karlovı Varıdakı turist şəhərciyi də su altında qalıb. Pardubitskini çıxmaq şərtilə ölkənin bütün ərazisində təbii fəlakət rejimi elan olunub. Artıq yayın əvvəlində leysan yağışları nəticəsində Dunay çayı və Mərkəzi Avropadakı digər çaylar sahillərin aşıblar, nəticədə regionların çoxunu su basıb. Almaniyanın federal torpaqlarına - Saksoniyaya, Tyurinqiyaya, Bavariyaya və Baden-Vyurtemberqa daha çox zərər dəyib. Gözəl Passau şəhərində suyun səviyyəsi 13 metrə çatıb. Almaniya sonuncu dəfə belə hadisə ilə 1501-ci ildə üzləşib. Fəlakət Almaniyaya 12 milyard avro ziyan vurub. Bundan əlavə sel Avstriya, Slovakiya, Xorvatiya, Macarıstan, Polşa və Serbiyaya da ciddi ziyansız ötüşməyib. Avropadakı sel fəlakəti ümumiyyətlə, 20 nəfərin həyatına son qoyub. Avropa şəhərləri indiyədək özlərinə gələ bilməyiblər. 

Çox dəhşətli ölüm qatarı

İyulun 24-də axşam İspaniyanın dəmir yolunda dəhşətli faciə baş verib. Santyaqo de-Kompestela şəhərinin yaxınlığında Madriddən Ferrola yüksək sürətlə gedən qatar relsdən çıxıb. Zərbə nəticəsində vaqonlarda yanğın baş verib. 13 vaqonlu qatarın şərnişinlərinin 79 nəfəri ölüb, 140-dan çox adam xəsarət alıb. Qəzanın səbəbini ekspertlər sürətin kifayət qədər yüksək olması ilə izah ediblər. Qəzanın baş verdiyi ərazidəki kəskin döngəyə görə saatda 80 kilometrdən artıq sürətlə hərəkət məhdudlaşdırılıb. Amma qatar həmin vaxt saatda 190 kilometr sürətlə hərəkət edirmiş. Qatarın maşinisti sağ qalıb. Bu dəhşətli qəza son 40 ildə İspaniya tarixində ən böyük hadisə olub.

İtaliyada gəmi faciəsi

Oktyabr ayının əvvəllərində İtaliyanın Lampeduza adasında Afrikadan olan qeyri-leqal mühacirləri daşıyan gəmi qəzaya uğrayıb. Yanğından sonra gəmi batmağa başlayıb. Gəmini dərhal tərk edən insanlar məşəl yandıraraq sahil mühafizəçilərinin diqqətini cəlb etmək istəyiblər. Yalnız bundan sonra sahil mühafizə xidmətçiləri gəmini görə bilsələr də, artıq gec olub. Xilasedicilər gəmidə yalnız 38 nəfərin meyitini tapıblar. Gəmidə isə ümumilikdə Eriteriya, Qana və Somalidən 5500 sərnişin olub. 

Əsrin super qasırğası

Noyabrın əvvəllərində Filippində baş verən dünyanın ən güclü “Hayan” qasırğasından 11 milyon adam zərər çəkib. Super qasırğa zamanı ölənlərin sayı isə 5 minə yaxın olub. Amerikalı ekspertlər qeyd ediblər ki, Filippindəki qasırğa tarixdə qeydə alınan ən güclü qasırğadır. Əsrin faciəsi Vyetnam, Tayvan və çinə qədər gedib çıxıb. BMT-nin yaydığı məlumata görə, bu öldürücü qasırğanın nəticələrini aradan qaldırmaq üçün minimum 300 milyon dollar humanitar yardıma ehtiyac var.

Ölümcül uçuş

Noyabrın 17-də Tatarıstanın paytaxtındakı “Kazan” hava limanına eniş zamanı “Boinq 737” təyyarəsi qəzaya uğrayıb. “Tatarıstan” aviaşirkətinə məxsus təyyarə Moskvanın Domodedovo hava limanından Kazana uçurmuş. Hava gəmisi iki dəfə eniş etməyə cəhd göstərsə də, yüksəkliyi itirib və hava limanının uçuş zolağına çırpılıb. Zərbədən təyyarənin yanacaq çənləri partlayıb, nəticədə güclü yanğın baş verib.

Təyyarədə 50 nəfər olub. Onların 44-ü sərnişin, 6-sı ekipaj üzvləri idi. Qəzadan heç kim sağ çıxmayıb. Ölənlər arasında Tatarıstan prezidenti İrek Minnixanovun oğlu, Federal Təhlükəsizlik Bürosunun Tatarıstan İdarəsinin rəhbəri Aleksandr Antonov da olublar. Beynəlxalq Aviasiya Komitəsi qəzanın ilkin səbəbi kimi “Boinq”in ekipajının yanlışlığını göstəriblər. 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar