Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

2014-cü ilin “böyük neft depressiyası“ və Azərbaycan


Artıq son üç aydır ki, dünya qarşıdan gələn qlobal iqtisadi böhran təhlükəsi qarşısındadır


Ekspertlərin 90-cı illərlə müqayisə etdikləri 2014-2015-ci illərin qovşağı həqiqətən də böyük təlatümlərin olacağından xəbər verir. İqtisadiyyatın "qanı" hesab olunan neftin qiymətlərinin dünya birjalarındakı vəziyyəti və qara qızılın getdikcə ucuzlaşması bütövlükdə dünyada geoiqtisadi tarazılığın pozulmasına gətirib çıxarmaqdadır.

XX əsrin ən böyük fəlakəti kimi dəyərləndirilən SSRİ-nin çöküşü, indi də Rusiya ətrafında gedən prosseslərdə özünü büruzə verməyə, həmin dövrlərin siyasi-iqtisadi simptomları artıq qlobal prossesin gedişində müşahidə olunmağa başlamışdır. İqtisadiyyatını diversifikasiya etməyə macal tapmamış xammal, xüsusən də neft oxracı ilə özünü saxlayan ölkələr son aylar ciddi "kəmər sıxma" siyasətinə keçməyə məcbur oldular. Neftin dünya bazarlarındakı qiymətlərinin 120 dollardan 60 dollar civarına qədər düşdüyü son bir neçə ay büdcəsi neft satışından formalaşan dövlətlərin milli valyutalarının məzənnəsi və daxili istehlak bazarında öz aydın əksini tapdı.

Beynəlxalq güclərin Rusiyaya qarşı yönəltdiyi "neft zərbəsi" hədəfinə tam olaraq dəydi və şimal qonşumuzun malliyə bazarına sanki "od düşdü". Dollar və avronun rubla nisbətdə qiyməti "kəllə-çarxa" vurdu və inflyasiya 3 ayda ikirəqəmli həddə çatdı. Halbuki 3-4 ay bundan əvvəl Rusiyada illik inflyasiya 3-5 faiz səviyyəsində hesablanırdı. Neftdən gələn gəlirlərlə bütün problemlərini həll edən Rusiya artıq strateji planlarını həyata keçirməyə başlayırdı ki, ənənəvi rəqibi tərəfindən ilk ağır zərbəni aldı. Rusiya iqtisadiyyatı artıq çöküş xətti üzrə tənəzzülə getməkdədir. Kremlin bütün səylərinə baxmayaraq artıq ölkədə vəziyyət gündən-günə nəzarətdən çıxmaqdadır.

Bütün bu prosseslərin büdcəsinin 53%, yəni yarıdan çoxu neft ixracatından formalaşan Azərbaycanda təzahürlərini araşdırmağa çalışdıq. Bütün cəhətlərdən ağır iqtisadi vəziyyətə düşmüş qonşusu Rusiya ilə sıx bağlı olan ölkəmizdə demək olar ki, heç nə hiss edilmir. Rusiyada artıq benzinin və dizel yanacağının qiymətləri qalxıb. Yaxın bir-neçə gündə isə çörəyin qiymətinin bahalaşacağı gözlənilir. Rubl isə dollar və avroya nisbətdə 40%-dən çox ucuzlaşıb. Azərbaycanda bayramqabağı alış-veriş nəzərə alınmaqla isə cüzi və az nəzərə çarpacaq bahalaşma müşahidə edilir. Bəzi ərzaq məhsullarının, xüsusən də Rusiyadan idxal olunan məhsulların qiymətlərində 3-5% bahalaşmanı nəzərə almasaq, nə milli valyutamız manatın dollara və avroya nisbətdə qiymətinin düşməsi müşahidə olunmur, nə də yanacaq qiymətlərinin qalxacağı haqda məlumat yoxdur. Hökumətdən verilən açıqlamalarda Azərbaycanın ən çətin vəziyyətlərə hazır olduğu, hətta neftin qiymətlərinin 60 dollardan da aşağı düşəcəyi təqdirdə, bunun ölkədə və əhalinin həyat səviyyəsində hiss edilməyəcəyi bildirildi.

Azərbaycan iqtisadiyyatının heç bir sektorunda "neft böhranı" hiss edilməyib. Apardığımız araşdırmalardan da aydın oldu ki, başda neft sektoru olmaqla, heç bir sahədə maaş azalması və ixtisarlar nəzərdə tutulmur. İqtisadi dirçəliş dövrümüzün ən inkişaf etmiş sahəsi olan inşaat sektorundakı nəhəng layihələrin tikintisinin davam edəcəyi bildirildi. Büdcədən və özəl sektora aid olan şirkətlər tərəfindən həyata keçirilən bütün iri layihələrin həyata keçirilməsi prosesi davam etdiriləcək. Nazirlər kabinetindən və İqtisadi İnkişaf Nazirliyindən verilən məlumatlarda hələ ki, heç bir layihənin dayandırılması haqda qərar qəbul olunmadığı bildirilib. Nəzərdə tutulan bütün işlər, istər iqtisadi, istər infrastruktur, bütün layihələrin maliyyə büdcəsinin ayrıldığı və işlərin axsamayacağı bildirildi. Belə olan halda heç bir sahədə maliyyə probleminin yaşanmayacağı, işçilərin vaxtlı-vaxtında maaşlarını ala biləcəkləri və ölkədə heç bir dərin böhranın yaşanmayacağı qarantiya altındadır. Ərzaq böhranına gəldikdə isə onu demək olar ki, bir çox strateji məhsulların, o cümlədən taxılın Azərbaycanda kifayət qədər ehtiyatı yığılıb və əsas taxıl istehsalçıları olan ölkələrdə qiymətlərin kəskin qalxması halında bu ehtiyatdan istifadə edilərək daxili bazarın tələbatı uzun müddətə ödəniləcək.

Qafqaz Ömərov(ölkə.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar