Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

2015-ci ildə Qarabağda müharibə başlayacaqmı?


ABŞ-ın Beynəlxalq Əlaqələr Şurasının proqnozları özünü nə dərəcə doğrulda bilər?


Razi Nuurullayev: “Hazırda Azərbaycan  hakimiyyəti bu  müharibənin  başlanmasına  razı  ola  bilməz”.

Fərhad Mehdiyev: “Rusiyanın  zəifləməsi  fonunda  Dağlıq Qarabağla bağlı vəziyyət də dəyişə bilər”

ABŞ-ın  Beynəlxalq  Əlaqələr  Şurası  gələn il üçün  baş  verəcək  müharibələrin  proqnozunu verib. Bu  proqnoza  əsasən  2015-ci ildə  Qarabağda  müharibə  başlayacaq.tAzərbaycan üçün həyati önəmi olan bu proqnozu şərh etmək üçün  PİA.AZ-ın  əməkdaşı  poltoloqlar Fərhad Mehdiyevə və Razi  Nurullayevə  müraciət  edib.  

Razi Nurrulayevin fikrincə bu proqnoz kökündən yanlışdır və buna hazırkı durumda Azərbaycan hakimiyyəti getməz:



ABŞ- ın  beynəlxalq  əlaqələr  Şurasının  2015-ci  ildə  Qarabağ  müharibəsinin  başlanması  ilə  verdiyi  proqnoz  kökündən  yalnışdı. Mən  hətta  deyərdim  ki, tək  Qarabağ  müharibəsinə  görə  verdiyi  proqnoz  yox,  Şimali  Koreyaya  görə  verdiyi  proqnoz  da  yalnışdı. Çünki  birincisi  2015-ci  il Avropa Olimpiya  oyunları  Azərbaycanda  keçirdiləcək və  bu  layihənin həyata  keçməsi  üçün  də  heç  bir  maneyə  yoxdu.  Əgər  müharibə  başlansa,  Avropa Olimpiya  oyunları  Azərbaycanda  keçirilə  bilməz. Mən  belə hesab  edirəm  ki, ABŞ-ın  beynəlxalq  əlaqələr  Şurası  bu  proqnozu  verəndə  ilk  növbədə  bu  faktı  nəzərə  almalıydı.

Bundan  əlavə  2016-ci  ildə  Şahmat  üzrə  Olimpiya  oyunları  və    Şahmat  üzrə  dünya  kuboku  da  Azərbaycanda  keçirilməlidir. 2017-ci  ildə  isə  İslam  ölkələrinin  Həmrəylik oyunları  da  Azərbaycanda  keçirləcək  və  bir  çox  müsəlman  dövləti  bu  Olimpiyadada  iştirak  edəcəklər. Bu  baxımdan  mən  belə  hesab  edirəm  ki, hazırkı  qlobal  işləri  nəzərə  alaraq  Azərbaycanın  iqtidarının  özü  də  bu  müharibənin  başlanmasına  razı  ola  bilməz. 

Əks  tədbirdə, yəni  müharibənin  başlanması  şəraitində Azərbaycan  üçün  hansı  nəticələr  verəcəyini  də  qabaqcadan  hesablamaq  mümkün  deyil.  

İkinci  məsələ  isə  bununla  əlaqədardır   ki, hal-hazırda  Ermənistanın  da müharibəyə  başlaması  real  görünmür. Çünki, Ermənistan  indiki  vəziyyətdə  sabitliyin  qorunub  saxlanılmasında  maraqlıdır. 

Üçünçü  məsələ  isə, hazırkı  siyası  şəraitdə   Rusiyanın  razılığı  olmadan  və  Rusiyanın  iştirakı  olmadan  müharibənin  başlanması  da  real  görünmür. Çünki  əgər  bu  birtərəfli  qaydada  başlanarsa  demək  ki, Rusiya  prezidenti  Putin  buna  imkan  verə  bilməz. 

Bildiyimiz  kimi  Dağlıq  Qarabağın  açarı  Putinin  əlindədi  və  ciddi  şəkildə  Ermənistanı  yönləndirə  bilir.  Bu  dediyim  faktları  nəzərə  alaraq  demek  olar  ki,  müharibə  başlana  bilməz. Digər  səbəbdən  də, həmin  hesabın  hazırlandığı  ABŞ-da  Dağlıq  Qarabağ  müharibəsinin  başlanmasında  maraqlı  deyil  və  müxtəlif  vasitələrlə  tərəflərə  təzyiqlər  göstərir. Bu  baxımdan  da, mən  bu  praqnozu  tamamən  kökündən  yalnış  hesab  edirəm”.

Razi Nurullayevdən fərqli olaraq politoltq Fərhad Mehdiyev hesab edir ki, gələn Qarabağda müharibənin başlama ehtimalı var:



ABŞ-ın  Beynəlxalq  Əlaqələr  Şurasının  gələn  il  Qarabağ  haqqında  verdiyi  proqnoz  reallaşa  bilər. Çünki  hər  şey  Rusiya da baş verən prosseslərlə bağlıdı.  Məhz  buna  görə  ABŞ-ın  Beynəlxalq  Əlaqələr  Şurası Qarabağda  müharibə  olması ilə bağlı verdiy proqnozunu daha  real  hesab edirəm. 

Yəni  hal- hazırda  Qərb Rusiyaya  tətbiq  edilən  iqdisadi  sanksiyalar ilə öz  istədikləri  nəticələrə  çatsa, o zaman hər şey dəyişə bilər. Çünki bunun  nəticəsində  də  Rusiyada  müəyyən  bölünmə,  parçalanmaların olması  ehtimalı  da  var. Bilirik  ki, Şimali  Qafqazı  Rusiya  ancaq   iqtisadi  gücü ilə  özünə  tabe  elətdirə  bilir. Halbuki, Rusiyanın  iqtisadi  gücü  zəifləsə  oranın  üzərində  nəzarəti  itirəcək. 

Rusiya ilə bağlı müxtəlif ssenarilər ola bilər və Rusiyanı  parçalamaq heç də əsas məqsəd də olmaya bilər. Sadəcə qərb Putinin hakimiyyətinin devirməklə də yetinə bilər.  Putinin yerinə daha  liberal  bir hökümətin  gəlməsi  də  mümkündur  ki,  bununla  da  Qarabağ  məsələsi  barəsində  neytrallığı  təmin  etmək  mümkün  ola  bilərdi. 

Bu  səbəbdən  də  qeyd  etdiyim  kimi, Rusiyanın  zəifləməsi  fonunda  Dağlıq Qarabağla bağlı vəziyyət də dəyişə bilər. Biz  bilirik  ki, Dağlıq Qarabağın Azərbaycana qaytarılmasının bir yolu var. Bu da müharibə yoludur.  Müharibənin  başlaması öz ərazi bütövlüyünü təmin etmək üçün  Azərbaycan  höküməti nə görə ən  əlverişli mühit və  şərait  ola bilər. ABŞ-ın  beynəlxalq  əlaqələr  Şurası  da məhz  bu  şərtləri  nəzərə  alaraq  müharibə  ehtimalın  olmasın  bildirib”.

Nərminə 
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar