Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

2015 seçkilərində mandatın biri bronlanır


Anar Məmmədova veriləcək


Nəqliyyat naziri Ziya Məmmədovun oğlu, iş adamı Anar Məmmədovun gələnilki seçkidən Ucardan deputat seçilməsi üçün rayonda hazırlıq başlayıb. Bu barədə musavat.com-a məlumatlı mənbə xəbər verib.

Onun sözlərinə görə, bundan ötrü öncə rayonin icra hakimiyyəti başçısının, Yaşar Məmmədovun dəyişdirilməsi, onun yerinə daha "bacarıqlı" birinin gətirilməsi gözlənilir. Həmin şəxs ya Göycayın hazırkı bacısı Mənsur Məmmədov, ya da Ziya Məmmədovun deputat qardaşı Elton Məmmədov olacaq. 

Hələlik bilinən odur ki, Elton Məmmədov 2015-ci il seçkilərində deputatlığa namizəd olmayacaq. 2010-cu il seçkilərində onun öz mandatını A.Məmmədova güzəştə getməməsi onsuz da Məmmədovlar klanında söz-söhbət yaradıb, hətta əmi və qardaşoğlunun o vaxtdan bəri danışmadıqları bildirilir. Ona görə də bu dəfə E.Məmmədovun deputatlıqdan imtina edəcəyi, icra hakimiyyəti strukturunda yerləşmək istəyəcəyi güman olunur.

Ucardakı mənbə onu da qeyd edir ki, yerli camaat istənilən başqa bir adamın Ucara İH başçısı vəzifəsinə gətirilməsinə razıdırlar, təki E.Məmmədov Ucarda başçı olmasın. Hazırkı deputata bu aqressiyanın səbəbi onun şəxsi xarakteri ilə, iş üslubuyla bağlıdır.

"Bəs Anar Məmmədov Ucardan deputat seçilə bilərmi" sualına cavab verən mənbə bildirir ki, bütün Ucar Məmmədovlar klanının əlində olduğundan bu, texniki işdir, namizədliyini verəcəksə, A.Məmmədov problemsiz mandat alacaq, ancaq bundan ötrü ölkə rəhbərliyinin xeyir-duası lazımdır. "Belə görünür ki, Ziya Məmmədov lazımi adamlarla danışıb və 2015-ci il seçkilərində paylanılacaq mandatlardan birini götürüb".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar