Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

2016-cı ilin büdcə layihəsi gələn həftə açıqlanacaq


Son günlər bəzi kütləvi informasiya vasitələrində guya 2016-cı ilin dövlət büdcəsinin göstəricilərinin gizli saxlanılması ilə bağlı xəbərlər dərc olunub


Maliyyə Nazirliyinin mətbuat katibi Mais Piriyev Azərbaycan Respublikasının 2016-cı il üzrə dövlət büdcəsinin və icmal büdcənin göstəricilərinin açıqlanmasının gecikməsi və ya gizli saxlanılmasına dair bəzi qəzetlərdə və internet saytlarında yazılanlarla bağlı APA-nın sorğusunu cavablandırıb.

M. Piriyev bildirib ki, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa və büdcənin tərtibi prosesinin təqviminə uyğun olaraq 2016-cı il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri vaxtından xeyli əvvəl hazırlanaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim olunub: “Sentyabrın 1-də büdcə zərfinə daxil olan sənədlər toplusu Baş nazir Artur Rəsizadənin sədrliyi ilə Nazirlər Kabinetində geniş müzakirə olunaraq Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi barədə qərar qəbul edilib. Növbəti həftə isə 2016-ci ilin dövlət və icmal büdcələrinin layihələri üzrə təqdimat hər il olduğu kimi, Milli Məclisə təqdim olunmamışdan əvvəl Maliyyə Nazirliyinin internet səhifəsində yerləşdirilərək ictimaiyyətə təqdim olunacaq. Ona görə, bu kimi reallıqdan uzaq, qərəzli şayiələrin yayılması ən azı təəccüb doğurur”.

M. Piriyev bildirib ki, Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin 2015-ci il noyabrın 1-ə təyin edildiyini nəzərə alaraq, bu il dövlət büdcəsinin layihəsinin parlamentin müzakirəsinə vaxtından əvvəl təqdim olunması da istisna olunmur.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar