Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

2016-cı ilin ən dəhşətli təyyarə qəzaları

Dekabrın 7-də Pakistan Beynəlxalq Hava Yollarına aid təyyarə paytaxt İslamabad yaxınlığında qəzaya uğrayıb. İslamabaddan 125 kilometr aralıda dağa çırpılan təyyarədəki 45 sərnişinin və 5 ekipaj üzvünün hamısı həlak olub


Şahidlərin sözlərinə görə, onların hamısı yanaraq tanınmaz vəziyyətə düşüblər.  Modern.az bu il baş verən və çox sayda insan itkisinə səbəb olan təyyarə qəzalarını təqdim edir.

2016-cı il mayın 19-da Parisdən Qahirəyə uçan EgyptAir hava şirkətinə məxsus A320 sərnişin təyyarəsi qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 12 dövlətdən 56 sərnişin və 10 ekipaj üzvü olub.

Radardan yoxa çıxan təyyarənin ilkin ehtimala görə, Aralıq dənizinə düşdüyü bildirilib. Digər məlumata görə, təyyarə Yunanıstanın Karpatos adasında qəzaya uğrayıb.

Misir hökuməti qeyd edib ki, terror aktı versiyası da istisna olunmur.
Bundan düz iki ay əvvəl, martın 19-da Rostovda Dubaydan gələn Boeing 737-800 sərnişin təyyarəsi qəzaya uğrayıb.

Təyyarənin göyərtəsində 62 nəfər (55 sərnişin və 7 ekipay üzvü olub). Onların hamısı ölüblər.

Təyyarə əlverişsiz hava şəraitində eniş edib. Bu zaman enmə-uçuş zolağına çırpılıb.

Noyabrın 29-da Boliviyanın Santa-Krus-de-la-Serra şəhərindən Kolumbiyanın Medelin şəhərinə çarter reysi həyata keçirən LAMIA hava şirkətinə məxsus Avro RJ-85 təyyarəsi Kolumbiyanın La-Unon rayonunda qəzaya uğrayıb.

Göyərtədə 68 sərnişin və 9 ekipay üzvü olub. Təyyarə Braziliyanın “Şapekoence” futbol klubunu, eləcə də klubun personalını və jurnalistləri gətirirmiş.

71 nəfər həlak olub, 6 nəfər yaralansa da, sağ qalıb.

İlkin versiyaya görə, qəzaya səbəb yanacağın qurtarması olub.(modern.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar