Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

21 ilin Baş naziri - Artur Rasizadə 82 yaşına çatdı


Fevralın 26-da Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadənin 82 yaşı tamam olub. 1996-cı ildən Baş nazir postunda əyləşən Artur Rasizadə nə az, nə çox, düz 21 ildir eyni vəzifədə çalışır. Baxmayaraq o, pensiya yaşını çoxdan keçib


Artur Tahir oğlu Rasizadə 26 fevral 1935-ci ildə Gəncə şəhərində anadan olub. 1952-ci ildə Lənkəran şəhər 4 №-li orta məktəbi bitirib.

İş fəaliyyətinə 1957-ci ildə Azərbaycan Sənaye İnstitutunu bitirdikdən sonra əmək fəaliyyətinə Azərbaycan Neft Maşınqayırması ETİ «AzİNMAŞ»-da mühəndis vəzifəsində başlayıb, sonradan böyük mühəndis, layihənin baş mühəndisi, şöbə müdiri, elmi işlər üzrə direktorun müavini vəzifələrində işləyib.

1973-1975-ci illərdə «Azneftsənayemaş» birliyində baş mühəndis, 1975-1977-ci illərdə «İttifaqneftmaş» ЕİB rəisinin birinci müavini-baş mühəndis, 1977-1978-ci illərdə «AzİNMAŞ» Neft maşınqayırması ETİ-nin direktoru olub.

1978-1981-ci illərdə Azərbaycan SSR Dövlət Plan Komitəsi sədrinin müavini, 1981-1986-ci illərdə Azərbaycan KP MK-də maşınqayırma şöbəsinin müdiri, 1986-1992-ci illərdə Azərbaycan Respublikası Nazirlər Soveti Sədrinin birinci müavini (sonradan Azərbaycan Respublikası Baş nazirinin birinci müavini) vəzifələrində çalışıb. 1992-1994-ci illərdə İqtisadi Islahatlar Fondunun məsləhətçisi, 1994-cü ildə «DEKA-B» şirkətində məsləhətçi, 1994-1996-cı illərdə İqtisadi İslahatlar Fondunda məsləhətçi vəzifəsində işləyib.

1996-cı ildə Prezident Heydər Əliyev onu Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi təyin edib.

1996-cı ilin may ayından Azərbaycan Respublikası Baş nazirinin birinci müavini, elə həmin ildə Baş nazir təyin edilib. 2003-cü ilin avqust - noyabr aylarında Baş nazir səlahiyyətlərinin İlham Əliyevə verilməsilə əlaqədar Artur Rasizadə hökumət rəhbərinin birinci müavini vəzifəsini icra edib.
2003-cü ilin noyabr ayından yenidən Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə qaytarılıb.
 
Prezident İlham Əliyev 2010-cu ildə baş nazir Artur Rasizadəyə 75 yaşının tamam olması münasibətilə “Şərəf” ordeni verib. 2015-ci ildə Artur Rasizadə  80 illik yubileyilə bağlı ölkə başçısı tərəfindən “Şöhrət” ordeni ilə təltif olunub.

Son illər Azərbaycan mediasında, ictimaiyyət arasında Artur Rasizadənin istefaya göndəriləcəyiilə bağlı müxtəlif söz-söhbətlər dolaşır. Bununla bağlı yayılan məlumatlarda Baş nazir postuna tezliklə digər bir yüksək ranqlı məmurun gətiriləcəyi bildirilib.  

Amma Artur Rasizadə öz vəzifəsində qaldıqca, onun istefaya göndəriləcəyi barədə informasiyalar da şayiə xarakteri daşımaqda davam edir...

2011-ci ildə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və “Dövlət qulluğu haqqında” qanuna edilən dəyişiklikdən sonra dövlət qulluğunda çalışmanın yuxarı yaş həddi 65 yaş müəyyənləşdirilib. Bununla əlaqədar yayılan bəzi xəbərlərdə də qeyd olunurdu ki, 65 yaşını çoxdan geridə qoyan Baş nazir təqaüdə göndəriləcək. 

Bütün hallarda hər şey ölkə başçısından asılıdır, o, indiki Baş naziri vəzifədən çıxara da, postunda saxlaya da bilər...(modern.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ən çox oxunanalar