Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

23 il Rusiyanın yedəyində...

Təqvimdə siyasi tarixlər o qədər çoxdur ki, baş qoşsan, bu cəngəllikdə lap itib-batarsan...


Amma tamam bigənə qalmaq da olmur. Elə hadisələr var ki, onları saf-çürük etməklə “Hara gedirik?” və “Bizi qarşıda nələr gözləyir?” kimi çox qəlizdən də qəliz suallara cavab tapmaq olur...

Belə olaylardan biri də MDB-nin 25 illiyi oldu. Bunun üçün böyük bir tədbir də sərgiləndi. Dedilər ki, hətta bu sammitdə Gəncə şəhərinə MDB-nin mədəni paytaxtı statusu verələcək. Doğrusu, məni bu xəbər  bir o qədər də xoşlandırmadı. Yaxşı olardı ki, MDB özünün “mədəni” və “siyasi” paytaxtları üçün başqa ünvanlar axtarsın və əgər mümkündürsə  bizi bir az rahat buraxsın...

İndi isə gələk mətləb üstünə. “Bu 25 ildə MDB ölkələrə nə verdi?” sualını bəlkə də “Bu 25 ildə MDB üzv və qeyri-üzv ölkələr üçün nə qədər problem yaratdı?” kimi qoymaq daha düzgün olardı...

Yadıma gəlir ki, bir azərbaycanlı politoloq vaxtilə demişdi ki, MDB “mədəni boşanma” düsturudur və buna görə də ondan qorxmaq lazım deyil.Nə demək olar bu haqda? Bircə onu deyək ki, bu boşanma çox çəkdi. Düzdür, ötən illər ərzində Rusiyadan “boşanan” və yaxudondan canını qurtaran ölkələr də tapıldı. Məsələn, bu konteksdəcəGürcüstanı yada salmaq olardı...

Amma digər ölkələr hələ də,bu günə qədərdə cabalayırlar. Düzdür, elələridə vardır ki,əslində Rusiya ilə “izdivac”dan hətta məmnunluq da duyurlar. Məsələn, Qazaxıstan və yaxudda ki, Tacikstan belələrindir...
Hətta onuda deyim ki, cəmi bir neçə gün bundan əvvəl Rusiya prezidenti V.Putin özbək diktatoru İ.Kərimovun məzarı önündə nahaq yerə diz çökmədi.Məsələ bundadır ki, İ.Kərimov bir müddət özünə başqa “patron” axtarmaq və qərbyönümlü diktator olmaq sevdasına düşərək hətta KTMT-nı tərk etsə də, yenidən “Rusiya NATO-su”na sığındı və başa düşdü ki, o, hələ uzun müddət Rusiyanın ətəyini buraxmamalıdır və hələ bir xeyli böyük dövlətlər arasındakı mürəkkəb ziddiyyətlərdən faydalanmalıdır...

Elə digərləri də belə düşünür. Biz də bu illər ərzində MDB-nin və Rusiyanın ətəyindən bərk-bərk yapışmışıq. Bəzən deyirlər ki, MDB-nin alternativi yoxdur, çünki NATO onsuz da bizisıralarına qatmaq və təhlükəsizliyimizə təminat vermək fikrində deyil...

Düşünmək olardı ki, guya MDB bizim təhlükəsizliyimizə təminat verir!Guyaki, Azərbaycanın ərazisinin 20 faizini MDB üzvü olan bir ölkə deyil, uzaq Marsdan gələnlər işğal ediblər!..

Amma nə etmək olar?.. Rusiya da, MDB də bizimkilərə başqa məqsədlər üçün lazımdır. Bu məqəsdlər də əslində gizlin deyildir. Bu gün Azərbaycanda mövcud olan sərt avtoritarizmin arxasında başqa bir ölkə deyil, məhz Rusiya və onun “oyuncağ”ı olan MDB dayanıb...

Yeri gəlmişkən, burada bir məsələni qeyd edək. Bu günlərdə Rusiyadakı və Azərbaycandakı avtoritarizmi müzakirə edərkən yazmışdım ki, birincidə indi xarizmatik, digərində isə institusional avtoritarizm höküm sürür...
Amma sonradan düşündüm ki,bir azca tələsik nəticədir bu. İndi elə Rusiyada da institusional avtoritarizm bərəqərar olubdur. Əgər yadınıza gəlirsə, ruslar B.Yeltsinə “çar Boris” deyirdilər. Amma “çar Boris”in vaxtında Rusiya indikindən qat-qat demokratik idi. Sadəcə, B.Yeltsinin xarizması bir az problem yaradırdı - qərarların qəbuluna təsir edir və bir azacıqda avtoritarizmə yol açırdı...

İndiV.Putinin də reyrtinqi çox yüksəkdir – bunu etiraf etmək lazım gəlir. Amma məsələyə bir qədər artıqca diqqət edəndə görürsən ki, V.Putinin avtoritarizmi də əsl institusional avtoritarizmdir. Nahaq yerə Rusiyada onun hakimiyyətinə “çekistokrtatiya” demirlər ki!..

V.Putin hakimiyyəti günbəgün yasaqları artırır və ən əsası isə bunların hamısı “qanuniləşdirilir”... 

Fransa İnqilabı zamanı qəbul olunan “İnsan və vətəndaş haqları” bəyannaməsində deyilirdi ki, qadağan olmayan hər bir şey icazəlidir. Bu günün rus gerçəkliyi üçünsə bəlkə də demək olardı ki, icazəli olmayan hər şey yasaqdır. Vaxt keçdikcəicazəli olanların sırası seyrəlir, daha çox şey yasaq olunur, qadağan elan edilir...

Təbii ki, burada çox şeyə toxuna bilərdim. Məsələn, Qarabağ məsələsinin üzərində dayanmaq olardı. Amma hiss etdiyim budur ki, bu gün Qarabağla bağlı bir-iki ay bundan əvvəl yaranmış ümidlər də duman kimi çəkilməkdədir, insanlar daha “Lavrov – Putin planı”na da maraq göstərmirlər, hətta bu xüsusda yazılanları oxumaq belə istəmirlər. Bizim isə heç vaxt oxucunun rəyini zorakı yolla yönəltmək, ona nələri oxumağı diqtə etmək xasiyyətimiz olmayıb...
Bircə onu deyə bilərəm ki, bu gün Rusiya  da, MDB də “dost”dur. Amma  kimin dostudur?..

Azərbaycanın, yoxsa onun hakimiyyətinin dostudur?” kimi sualın üstündən onun mahiyyətinə çox da dərindən varmadan sovuşub keçirik. Əslində nə demək mümkündürsə, onu bir azacıq əvvəldə deməyə çalışdıq. Ola bilsin, oxucu daha çox konkretlik və yaxud dərinlik umur. Di gəl, nə etmək olar? Unutmayaq ki, biz MDB ölkəsiyik...(musavat.com)

Yazar : Hüseynbala Səlimov

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar