Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

27 generalla ittiham verilib - “Ordu İmamı”nın gizli təlimatı ifşa olub


2-ci Ordu komandanı ordu generalı Adəm Huduti, 2-ci Ordu Qərargah rəisi və Malatya Qarnizon Komandanı general-leytenant Avni Anqun ilə “7-ci Ana Jet Üs” komandanı general-mayor Emin Ayıq həbs olundu


“AzPolitika.info”nun məlumatına görə, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. 

“Fətullahçı Terror Təşkilatı”nın (FETÖ) hərbi çevrilişə cəhd etməsi ilə bağlı istintaq çərçivəsində saxlanılan keçmiş HHQ komandanı Akın Öztürkün də aralarında olduğu 27 general və admiral həbs olunma tələbi ilə növbətçi sülh cəza məhkəməsinə göndərilib.

Çevrilişə cəhdin ardından saxlanılan və Ankara Terrorla Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən bu gün prokurorluğa gətirilən şübhəlilərin ifadələrinin alınması tamamlanıb.

Konstitusion Quruluşa Qarşı İşlənən Cinayətlərin  İstintaqı Bürosunda səlahiyyətli Cümhuriyyət prokurorları tərəfindən ifadələri alınan bütün şübhəlilərin Türk Cəza Qanununun 309-cu maddəsindəki “Konstitusiyanı pozma”, 310-cu maddəsindəki “prezidentə suiqəsd”, 311-ci maddəsindəki “qanunvericilik orqanına qarşı cinayət”, 312-ci maddəsindəki “hökumətə qarşı cinayət”, 314-cü maddəsindəki “silahlı təşkilat qurmaq və idarə etmək” ilə 82-ci maddəsindəki “adam öldürmək” cinayətlərindən həbs olunmaları tələbi ilə növbətçi sülh cəza məhkəməsinə göndərilib.

“AzPolitika.info”nun məlumatına görə, FETÖ-yə mənsub qiyamçı zabitlərə təşkilatın “Ordu İmamı”ndan gizli bir təlimat verildiyi də ortaya çıxıb. Belə ki, “Ordu İmamı” çevriliş cəhdi uğursuz olarsa, bütün mənsublarına çevriliş zamanı açığa çıxmayan FETÖ-çü üzvlərinin adını gizli saxlamağı tapşırıb. Onlara FETÖ-çü zabitlərin qorunması, əvəzində təşkilatla bağlı olmayanların hədəf göstərilməsi tapşırılıb. Bu təlimat ələ keçirildiyindən istintaqda nəzərə alınır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar