Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

2 ananı öldürən həkim yenidən iş başında


Bir neçə gün öncə İsmayıllıda doğuş zamanı ananın ölməsi haqda xəbər vermişdik


Rayon Mərkəzi Xəstəxanasından saytımıza bildirilmişdi ki, Quşencə kənd sakini Ağayeva Afət Balaqardaş qızının ölümündə təqsirləndiriən həkim Məlahət Hüseynova 6 ay müddətinə işdən azad edilib. Qərar əsasən o 6 ay müddətinə doğuş apara bilməz. 

Əldə etdiyimiz digər məlumata görə, həkim Məlahət Hüseynova haqqında cəza tədbiri görülsə də o hadisə baş verən gündən işə çıxır, xəstələrini də müayinə edir.

“Onun haqqında 6 ay işə gəlməmək qərarı verilsə də Məlahət həkim həmişəki qaydada işə çıxır”-deyə xəstəxanadakı mənbə bildirib.

Qeyd edək ki, ötən gün axşam saatlarından İsmayıllı rayon Mərkəzi Xəstəxanasından ölüm hadisəsi baş verib. Doğuş zamanı rayonun Quşencə kənd sakini Afət Ağayeva dünyasını dəyişib. Onun yaxınları ölüm hadisəsində həkim Məlahət Hüseynovanı təqsirli bilirlər. 

Faktla bağlı İsmayıllı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.1 (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb.

Maraqlı fakt odur ki, M.Hüseynovanın adı bundan öncə də daha bir ana və körpə ölümündə hallanmışdı. Belə ki, ötən ilin iyunun 28-də Lahıc qəsəbə sakini, 1981-ci il təvəllüdlü Ağabalayeva Şəhla Aydın qızı da doğuş zamanı dünyasını dəyişmişdi. Hadisəsə təqsirləndirilən həkim M.Hüseynova 6 ay doğuşa girmək qadağan edilmişdi.(azvision.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar