Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

3-cü devalvasiyanın vaxtı açıqlandı


"Azərbaycanda 3-cü kəskin devalvasiya baş verəcək. 1 dolların 2 manatdan da baha olması qaçılmazdır"


PİA.AZ bildirir ki, bu sözləri Qaynarinfo.az-a açıqlamasında bank üzrə ekspert Əkrəm Həsənov valyuta bazarında bu gün yaranan gərginlik və dolların satışının bahalaşmasına münasibət bildirərəkən deyib.

Əkrəm Həsənov bildirib ki, manatın devalvasiyası qaçılmazdır: "Manatın məzənnəsi indiyə qədər süni qaydada saxlanılır. Bu Mərkəzi Bankın inzibati yolla saxladığı məzənnədir. Manatın bundan sonra da ucuzlaşması və yaxın bir ildə 1 dolların 2 manatdan da baha olması qaçılmazdır. Bu hadisə tez də baş verə bilər. Çünki Mərkəzi Bank məzənnəni inzibati qaydada tənzimlədiyi üçün inzibati qayda devalvasiya da ola bilər. Hazırda manatın məzənnəsini saxlamaq üçün hökümət külli miqdarda pul xərcləyir. Təbii ki, bunun da sonu olmalıdır".

Ekspertin sözlərinə görə, Böyük Britaniyanın Avropa Birliyindən çıxması dünyada qlobal və uzun müddətli dərin maliyyə böhranına aparan bir hadisədir: "Azərbaycan kimi iqtisadiyatı böhran içində və bərbad maliyə sistemi olan dövlət üçün bunun nəticələri ağır olacaq. Son hadisənin təsirini artıq hiss edirik. İstisna deyil ki, devalvasiya tezliklə olsun. Bu gün artıq valyuta dəyişmə məntəqələrinin bağlanması, kursu qaldırmaları və valyuta satışını dayandırmaları xəbərini eşitdik. Bütün hallarda manatın ucuzlaşması qaçılmazdır. Ola bilsin vəziyyət daha da pis olsun. İlin axırına və gələn ilin ortalarına qədər Azərbaycanda kəskin 3-cü devalvasiya baş verəcək".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Ən çox oxunanalar