Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

36 yaşı var, 24 ölkə və 76 şəhərə səyahət edib - Fotolar

36 yaşlı türkiyəli Şennur Aybey 24 ölkə və 76 şəhərə səyahət edib

Qafqazinfo”nun Türkiyə KİV-nə istinadən verdiyi məlumata görə, maliyyə müşaviri işləyən Şennur işdən vaxt tapdıqca ölkələrə səyahət etməyə çalışır.

O, səyahət etməyə marağının televiziya kanallarında yayımlanan səyahətə dair verilişlərin böyük təsirinin olduğunu söyləyib.

“Bir gün televizorda gördüyümü yerlərə artıq getməli olduğumu düşündüm. Bir sözlə, çöldə kəşf edilməli olan dünyanın əslində bir təyyarə bileti qədər uzaqlıqda olduğunun fərqinə vardım və səyahətlərə başladım. 
İlk səyahət etdiyim ölkə Amsterdam olub. Oranın çılğın həyatıyla dünyamı rəngləndirməyi bacardım. Sonra Hollandiyanın bir neçə şəhərini gəzib Almaniyaya keçdim. Ümumilikdə, 24 ölkə və 76 şəhərin mədəniyyətinə qarışdım. Avropanın Amerika, Kanada, Çin, Dubay və Kuba kimi populyar dövlətlərini gəzdim”.

36 yaşlı qadın getdiyi ölkələr arasında ən çox Kubaya heyran olduğunu bildirib: “Kuba “Nə yaxşı ki, ora getmişəm” dediyim ölkədir. Heç bir ölkəyə çox araşdırma aparıb getmirəm. Amma Kuba üçün çox araşdırmalar etdim. Bu ölkədə siyasi problemlər mütləq var, amma insanlara qarşı ayrıseçkilik yoxdur. Hər uşaq dünyaya dövlətin zəmanəti ilə gəlir, böyüyür, oxuyur və dövlət həmişə atası olaraq qalır. Nə küçəyə atır, nə də ac saxlayır”.

Səyahətçi qadın səfərlərə tək çıxmadığını da dilə gətirib: “Tək gəzməyi sevmirəm. Adətən, 2 rəfiqəmlə səyahətlərə gedirəm. Yalnız Amerikaya bir aylıq tək səfərim olub”.

Ş. Aybey getmək istəyib də, amma cəsarət edib gedə bilmədiyi ölkənin Hindistan olduğunu deyib: “Bura həqiqətən də getməyi çox istəyirəm, amma beynimdə həmişə suallar var. Hindistan digər ölkələrdən həyat tərzinə görə çox fərqlidir”.

O bildirib ki, səyahətlərə çıxmazdan öncə həmişə bilet satan şirkələrin kampaniyalarını izləyir.

pia.az

Etiket:

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar