Cəlilabada azyaşlı uşaq faciəli şəkildə ölüb
APA-nın cənub bürosunun məlumatına görə, hadisə rayonun Sabirabad kəndində alınıb.
Kənd sakini, 2012-ci il təvəllüdlü Hüseyn Elçin oğlu Ağalarov ehtiyatsızlıqdan evlərinin yaxınlığındakı su hövzəsinə düşərək boğulub.
Faktla bağlı Cəlilabad rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
pia.az