Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

40 kitabın Azərbaycana idxalı qadağan edildi


“Cari ilin 6 ayı ərzində 630 adda dini məzmunlu ədəbiyyata baxılıb, dini dözümsüzlüyü, ayrı-seçkiliyi və radikallığı təbliğ edən 40 adda kitabın ölkəyə idxalının və yayılmasının qarşısı alınıb”


AzVision.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı kollegiya iclasında deyib.

Mübariz Qurbanlı bildirib ki, dini qurumların dövlət qeydiyyatına alınması prosesi cari ilin altı ayında da davam etdirilib, 26 dini qurum dövlət qeydiyyatına alınıb və beləliklə qeydiyyata alınmış dini qurumların ümumi sayı 707-ə çatıb.

Dövlət Komitəsinin sədri dini maarifləndirmə istiqamətində aparılan tədbirlərə diqqət çəkərək cari ilin 6 ayı ərzində Komitə tərəfindən milli-mənəvi dəyərlərimizin təbliği, radikalizmə qarşı mübarizədə maarifləndirici xarakterli 9 adda kitabın nəşrə hazırlandığını iştirakçıların diqqətinə çatdırıb.

Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərilməsi üçün 2014-cü il 27 noyabr tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası istiqamətində intensiv tədbirlər görülüb. Ölkənin bütün bölgələrini əhatə edən 121 dini icmaya maliyyə vəsaiti ayrılıb. Həmin dini icmaların layihələri çərçivəsində keçirilən və ümumilikdə sayı 370-ə çatan tədbirlərdə 30 minə yaxın insanın iştirakı təmin olunub.

Cari ilin ilk 6 ayı ərzində Dövlət Komitəsinə 1250 məktub, 622 qanunvericilik sənədi daxil olub və onların 95 faizi icra edilib, digərləri icra prosesindədir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar