Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 93 cinayət faktı qeydə alınmış, onların da 48-i “isti izlər”lə açılıb
PİA.AZ DİN-ə istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 12 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.
Cinayət törətdiklərinə görə 46 nəfər tutulub.
pia.az