Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

4 yaşlı İmran yenidən hovuzda-Foto


Nabranda ayağını itirən körpə suya psixoloq müşayiəti ilə girib


  Uşaq Paralimpiya Komitəsi (UPK) tərəfindən üzgüçülük idman növünə cəlb olunan ötən il Nabranda istirahət mərkəzlərinin birində ayaqlarından zədə alan 4 yaşlı İmran Cəfərov ilk məşqini edib. Bu barədə ANS PRESS-ə Azərbaycan Milli Paralimpiya Komitəsinin İnkişaf, İnformasiya və tədris şöbəsinin müdiri Uşaq Paralimpiya Komitəsinin icraçı direktoru Kamal Məmmədov məlumat verib. O, bildirib ki, İmranla bərabər daha 4 saglamlıq imkanları məhdud uşaq da üzgüçülüklə məşğul olur:

Ötən il yaşadığı faciə ilə əlaqədar olaraq İ.Cəfərzadə suya psixoloq köməyi ilə girib. 

“2013-cü ilin avqust ayında ilk dəfə olaraq Milli Paralimpiya Komitəsinin nəzdində Uşaq Paralimpiya Komitəsi (UPK) yaradılıb. UPK-nin əsas məqsədi sağlamlıq imkanları məhdud uşaqları uyğun idman növlərinə cəlb etməklə, ehtiyat idmançıların hazırlanmasıdır. Sağlamlıq imkanları məhdud uşaqların idmana cəlb olunması, onların reabilitasiya və abilitasiya yolu ilə cəmiyyətə inteqrasiyasına geniş şərait yaradacaq”. 

Qeyd edək ki, artıq UPK-də 5 idman növü fəaliyyət göstərir. Bu idman növlərinə cüdo, stolüstü tennis, bossia, pauerlifting və üzgüçülük daxildir. Ümumilikdə 30-a yaxın sağlamlıq imkanları məhdud uşaq proffesional idmana cəlb olunub. Stolüstü tennis idman növü ilə məşqul olan 12 yaşlı Fəxri Soltanov cari ilin mart ayında ilk beynəlxalq yarışda ölkəmizi təmsil edib. O, iyul ayında olimpiyaçılar arasında stolüstü tennis üzrə keçirilən Azərbaycan çempionatında qızıl medala sahib olub. Hal hazırda üzgüçülük idman növünə sağlamlıq imkanları məhdud uşaqlar cəlb olunur. 

Xatırladaq ki, güllə atıcılığı üzrə Milli paralimpiya komandamızən idmançıları komanda yarışlarında Almaniyada keçirilən dünya çempionatinda 50-metr yarishmada fəxri 3-cü yerin qalibi olub. 2 gün əvvəl 10 metr məsafədə də komanda 2-ci yerin sahibi olub.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar