Bərdə rayonunda yanğın baş verib
PİA,AZ FHN-ə istinadən xəbər verir ki, Çələbilər kəndində vətəndaşa məxsus ümumi sahəsi 182 kv.m olan birmərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.
Yaxınlıqdakı köməkçi tikili yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
pia.az