Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

70 faiz endirimdə olan geyimlərin maya dəyəri nə qədərdir?


Manatın devalivasiyasını və yay mövsümünün bitdiyini əsas gətirən Bakıdakı brend geyim mağazaları əsaslı endirimlərə başlayıblar


Bəs bu qədər böyük faizlərlə (70-80 faiz) endirimdə olan geyimlərdən mağazaların qazancı nədir? Bu endirimlər nə qədər realdır? 

“Park Bulvar” ticarət mərkəzində yeləşən bütün geyim mağazalarının  qapılarının üzərində “70 faiz endirim” yazısını müşahidə etmək olar. 

Mağazaların üzərinə yazılan endirimlə bağlı rəqəmlər geyimlərin qiymətində real əksini tapır. Təbii ki, bu ilk baxışda yaxşı hal kimi göründüyü üçün, vitrinlərin qarşısında insan axını kəsilmirdi. Alıcı Dilbər Cəfərova ilə söhbətimiz zamanı o bildirdi ki, əvvəllər 90 manata olan köynəyi indi 29.99 AZN-ə gördükdə sevinməyə bilməz. Doğrudan da  qiymətin 90-dan 20-liyə düşməsi böyük endirimdir. Ancaq burada bir nüasn da var- qiymətlərin 1 qəpik endirilməsi. Demək olar ki, bu üsuldan əksər mağazalar istifadə edərək, məhsulun qiymətini bir “onluq” ucuz göstərirlər. 

Əksər satıcılar 70 faiz qiymət endirimini bu cür izah edirlər:
“Mağazada bəzi geyimlər var ki, onlardan bir ölçü qalıb. Yaxud da mövsüm dəyişdiyi üçün onları yenidən anbarlara deyil, maya dəyərindən aşağı qiymətlə vitrinlərə düzürük”.
Satıcılar iddia edirlər ki, onlar yalnız bir ölçüsü qalan  geyimlərin qiymətlərini endiriblər. Lakin heç də belə deyil.   

Bir müddət xaricdə yaşayan həmvətənlərimizin dediyinə görə, ABŞAvropada endirimlərlə bağlı məsələ fərqlidir. 

Vaxtilə ABŞ-da təhsil alan gənc aktivist Bəxtiyar Hacıyev müvafiq mövzuda musavat.com-a aşağıdakı xatirələrini danışıb:
“2009-cu ildə mən ABŞ-da yaşayanda bir qrup gənc Nyu-Yorku ziyarət edəcəklərini, mənimlə də görüşmək istədiklərini bildirdilər. Gənclərlə görüşəndə məlum oldu ki, onların səfərinin əsas məqsədi özləri və qohumları üçün geyim alış-verişi olub. O zaman onların bu izahı mənə təəccüblü gəlirdi ki, eyni brendin Bakıda da mağazaları olduğu halda, insanlar nəyə görə Amerikaya geyim almaq üçün səfər edirlər? Sonradan dəfələrlə özüm şahidi oldum ki, qiymətlər arasında çox böyük uçurum var. Məsələn, 1 ABŞ dolları 78 qəpik olan dövrdə Bakıda 70 AZN-ə satılan eyni marka köynək ABŞ-da 18-19 dollara idi. Bu isə, bir köynəyin qiymətində təxminən 70 manat fərq deməkdir. Bu fərq kostyumlarda, ayaqqabı, aksessuar, xüsusi paltarlarda daha böyük olur. İnsanlar bu fərqə həm ABŞ-ı gəzə, həm də özləri istədikləri geyimləri ala bilirdilər. Üstəlik, nəzərə almaq lazımdır ki, ABŞ-dakı orta əmək haqqı Azərbaycandakı orta əmək haqqından dəfələrlə yüksəkdir və orta təbəqə üçün nəzərdə tutulmuş bir çox brendlərin Bakıdakı qiymətləri dünyanın digər ölkələrində eyni brendlərin mağazalarında 7-8 dəfə daha baha qiymətə satılırdı”.

İqtisadçılar  isə hesab edirlər ki, mağazalarda  hazırda ölkədə geyim mağazalarında  endirimlərin olmasının bir neçə səbəbi var. Bu səbəblər aşağıdakılardır:
Ölkədə əhalinin alıcılıq səviyyəsinin aşağı düşməsi, mağazaları kəskin endirimlərə getməyə məcbur edir. Eyni zamanda  dükanlar  endirimdən öncə daha yüksək qiymətə mallarının bir hissəsini satdıqlarına görə, daha sonra ucuz satarkən ortalama qiyməti normal hala gəlir.

Yuxarıda aldığımız fikirlərdən belə aydın oldu ki, , ölkədəki geyim mağazalarında 70 faiz endirimdə olan geyimlərin maya dəyəri, endirimdən sonrakı satış qiymətindən də təxminən 10 -15 faiz aşağıdır.  Bu isə o deməkdir ki, hazırda 10 AZN-ə satılan geyimlərin maya dəyərləri  təxminən 8.5 AZN-dir.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Ən çox oxunanalar