Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

71 saylı məktəbin “nümunəsi”

Vallah, hərdən adamın qulağı eşitdiyi sözə inanmağı gəlmir


Xüsusən də təhsillə bağlı. Bəzi həmkarlarımızın nümunəvi, ən qabaqcıl təhsil ocağı haqqında yazı yazmaq istəyi ürəklərində qalır. Halbuki qulağımızın dibində bu kriteriyaların daşıyıcısı olan Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsindəki 71 saylı tam orta məktəb var. Və onun uzunömürlü direktoru Mahirə Qocayevanın bu təhsil ocağında yaratdıqlarından məlumatsız olmaq heç yaxşı iş deyil. A kişilər and olsun Məmmədhəsən əminin ürəyində qalan arzusuna ki, bu təhsil ocağı başqalarına bənzəməz. Mahirə xanım bu məktəbdə nələr yaratmayıb?! Ən əvvəl 1-ci sinifdən 11-ciyə kimi kimsədən süpürgə pulu, fond pulu, ad günü, bayramlara görə kimsədən nəinki bircə manat, heç bircə qəpik də pul yığılmır. Nə ibtidai siniflərdə, nə də 10-11 ci siniflərdə şagirdlərin müəllim yanına hazırlığa getməsi, bu səbəbdən dərs buraxılmaları və ya ümumiyyətlə dərsə gəlməməyini çıraqla da axtarsanız tapılan deyil. Məktəblərə bəzi başqa təhsil ocaqlarında olduğu kimi məktəbdən nə bilet, nə kitab və s. satılmır. Uşaqlar hamılıqla əla qiymətlərlə oxuyurlar. Müəllimlər arasında intizamsızlıq halları yoxdur. Nəinki məktəblilər, heç müəllimlər arasında belə siqaret çəkən çıraqla da axtarsan tapa bilməzsən. Direktor özü şəxsən spirtli içkilərin, siqaretin insan sağlamlığına zərəri ilə bağlı siniflərdə müntəzəm tədbirlər keçirir, çıxışlar edir. Kimin nə həddi var belə ziyalı zadlara baş qoşa və bu səbəbdən başı ağrıya. Bu məktəbdə damağında siqar olan müəllimi hələ də indiyədək “gördüm” deyən tapılmayıb. Hətta direktor o qədər kollektivə ürəyi yanan insandır ki, təkcə şagirdlərə yox, övladı yaşında olan bütün müəllimlərə “balam” deyə müraciət edir. Daha bundan artıq nə lazımdır kollektivə, şagird və valideynlərə. Allah canını sağ eləsin kollektiv onun ömürlük müəllim olmasını o bir olan yaradandan gündə bir neçə dəfə dua edərək diləyir. Allah diləklərini qəbul eləsin. Mahirə xanımın məktəbə mahiranə rəhbərliyini təqdir etməyə dəyər.

71 saylı məktəbin qabaqcıllıq nümunəsi barədə daha növbəti yazılarımızda…(10may.az)

pia.az



Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ən çox oxunanalar