Xalq artisti Teymur Mustafayev canlı yayımda həyat yoldaşı Təbəri xanıma sevgi etirafı edib
Axşam.az-ın məlumatına görə, 77 yaşlı müğənni “Hər şey daxil” verilişində xanımı ilə bağlı bunları deyib:
“İlk dəfə sevgi məktubunu Təbəri xanım yazmışdı. O yazılanı mən hələ də qəlbimdə saxlayıram. 55 ildir mənim yanımdadır. O, həm də xalam qızıdır. Buradan ona demək istəyirəm ki, min il keçsə də, ömrümün sonuna kimi səni sevəcəm”.
pia.az