Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

7 il həbs alan hakimdən ilk bəyanat


Bir sıra mətbuat orqanlarında bu gün məhkəmə zalında həbs edilən sabiq hakim Həsən Əliyevin “Azadlıq” radiosuna müsahibəsində müəyyən siyasi bəyanatlar verdiyinə dair məlumat yayılmışdı


H.Əliyevin vəkili Sadiq Rəsulov bununla əlaqədar olaraq öz müvəkkilinin adından çıxış edərək bu məlumatların düzgün olmadığını bildirib və onu təkzib edib.

“Həsən Əliyev heç bir siyasi bəyanatla çıxış etməyib. O, “Azadlıq” radiosuna da müsahibə verməyib” - deyə S.Rəsulov virtualaz.org saytına açıqlamasında bildirib.

Qeyd edək ki, dələduzluqda ittiham olunan sabiq hakim Həsən Əliyevin, habelə Elman Məmmədov və Taleh Süleymanovun 6 aydan bəri davam edən cinayət işi üzrə proses bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində yekunlaşıb.  Sabiq hakim Həsən Əliyev barəsində 7 il müddətinə həbs cəzası təyin edilib. O, məhkəmə zalındaca həbs olunub.

2007-2014-cü illərdə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim işləyən Həsən Əliyevin səlahiyyətlərinə ölkə başçısı İlham Əliyevin sərəncamı ilə ötən ilin fevral ayında xitam verilib.

Təxminən 5 ay sonra isə uzun illər prokurorluq və məhkəmə orqanlarında çalışan H.Əliyevə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmə) və 312.2-ci (rüşvət vermə) maddələri ilə ittiham irəli sürülüb və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Buna səbəb Ramazan Səlimov adlı şəxsin iddiası olub. R.Səlimov iddia edib ki, sabiq hakim ondan vəzifəyə düzəltmək vədi ilə 600 min manat pul alaraq qaytarmayıb.

Sabiq hakim isə ona elan olunmuş ittihamlarla nə istintaq zamanı, nə də məhkəmə prosesində razılaşmayıb, bütün bu olayların ona qarşı qurulmuş bir oyun olduğunu deyib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar