Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

8 şəhidimizin adları açıqlandı - Siyahı- Video


İylun 31-dən avqustun 1-ə keçən gecə erməni kəşfiyyat-təxribat qrupları Ağdam və Tərtər rayonları ərazisində qoşunların təmas xəttini keçməyə cəhd göstərib


Modern.az saytı xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələrimizin bölmələri düşmənin təxribatının qarşısı alıblar. Şiddətli atışmadan sonra erməni bölmələri xeyli itki verərək geri çəkilməyə məcbur edilib. 
Amma təəssüflər olsun ki, Silahlı Qüvvələrimizin bölmələri də itki verib. Müdafiə Nazirliyi itkilərimizin sayını hələ ki açıqlamayıb. 

Ancaq qeyri-rəsmi məlumatlara görə, cəbhədə 8 hərbçimiz həlak olub.  

Modern.az-a daxil olan məlumata görə isə həlak olan hərbçilərimizdən biri Quba rayonundandır. Rayonun Vladimirovka kənd sakini, 1995-ci il təvəllüdlü İbrahimov Elnur Mühəddin oğlunun da erməni gülləsinə tuş gəldiyi bildirilir.

APA-nın məlumatında daha bir şəhidimizin adı açıqlanıb. Bu, Vüqar Poladovdur.

ANS-in məlumatına görə, Xaçmaz rayonu Yeni Həyat kənd sakini Coşqunov Mustafa Əhmədcan oğlu da şəhid olan hərbçilərimiz arasındadır.  O, 1996-cı ildə anadan olub. Hərbi xidmətə isə bu ilin yanvar ayında gedib. Faktı Xaçmaz rayon icra başçının birinci müavini Yetkin Mehmanov da təsdiqləyib. O, bildirib ki, əsgərin cənazəsi hazırda rayona gətirilir.

Millət vəkili Qənirə Paşayeva isə daha bir şəhidimizin adını açıqlayıb. “Ermənistanla ön cəbhədə düşmənin təxribatlarının qarşısının alınması istiqamətdə döyüşdə daha bir qardaşımız Məmmədov Səftər Əlihüseynoğlu şəhid olub. Şəhid qardaşımıza Allahdan rəhmət, yaxınlarına isə səbr diləyirik. Millətimizin başı sağ olsun ! İşğalçı Ermənistan isə Allahın lənətinə gəlsin”-deyə deputat bildirib.

***

APA-nın məlumatına görə, düşmənin həmləsini dəf edərkən Azərbaycan Ordusunun adları aşağıda qeyd olunan hərbçiləri şəhid olub:

- Qazax rayonundan hərbi xidmətə çağırılmış gizir, 1977-ci il təvəllüdlü Almazov İsa Ziyad oğlu

- Şirvan şəhərindən hərbi xidmətə çağırılmış, müddətdən artıq hərbi xidmət keçən Elvin Əsgərov

- Masallı rayonundan hərbi xidmətə çağırılmış əsgər Əli Rəhimov

- Xaçmaz rayonundan hərbi xidmətə çağırılmış  Mustafa Əlicoşqunov

- Salyan rayonundan hərbi xidmətə çağırılmış Səftər Məmmədov

- Quba rayonundan hərbi çağırılmış Elnur İbrahimov

- Tovuz rayonundan hərbi xidmətə çağırılmış Vüqar Poladov

- Ağdam rayonundan hərbi xidmətə çağırılmış, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, 1992-ci il təvəllüdlü əsgər Əhmədov Qaryağdı Eldar oğlu 

***
Düşmənlə atışmada Azərbaycan Ordusunun daha 5 hərbçisi yaralanıb. Yaralıların adı dəqiqləşdirilir.



Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Ən çox oxunanalar