Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

900 azərbaycanlı işgəncə altında saxlanılır


“Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyi “10 dekabr- Ümumdünya İnsan Hüquqları Günü” münasubətilə tədbir keçirib


İctimai Birlikdən AzNews.az-a verilən məlumata görə, Abşeron rayonu Mehdiabad qəsəbəsində keçirilən tədbirdə bu yaşayış məntəqəsində məskunlaşmış, qaçqın və məcburi köçkünlərə, əsir-girovluqdan azad edilmiş, həmçinin ailə üzvləri hələ də əsirlikdə olan və itkin düşmüş şəxslər iştirak edib. 

Tədbirdə birliyin sədri Esmira Orucova və Xocalı Rayon İcra Hakimiyyətinin humanitar şöbəsinin baş məsləhətçisi Xəlil Vəliyev iştirak edib. Toplantı çərçivəsində əsir-girovluqdan azad edilmiş şəxslərə və əsir-itkin ailələrinə ictimai birlik tərəfindən qeyri-ərzaq yardımı paylanılıb. 

Sonda təşkilat adından beynəlxalq təşkilatlara müraciət qəbul edilib. 

Müraciətdə bildirilib ki, İnsan Hüquqları Haqqında Bəyannamənin qəbul olunmasının 65-ci ildönümündə Ermənistanın xalqımıza qarşı yeritdiyi etnik təmizləmə və işğalçılıq siyasəti nəticəsində bu gün Azərbaycanda 1 milyondan artıq soydaşımız hüquqları pozulub, öz doğma el-obasından qovularaq məcburi köçkün həyatı yaşamağa məhkum olunub. 

100 minlərlə insan işgəncə və zorakılıqlara məruz qoyularaq şikəst və əlil edilib, 20 mindən artıq vətəndaşımız qətlə yetirilib, 4035 nəfər soydaşımız itkin düşüb, 900 nəfərə yaxın soydaşımız şahid ifadələrinə əsasən əsir və girov götürülərək qarşı tərəfdə hüquqları pozulmuş şəkildə ağır fiziki və mənəvi işgəncələrə məruz qalaraq saxlanılır. 

Bəyanatda qeyd olunub ki, erməni əsir və girovluğunda beynəlxalq hüquq normalarına, konvensiyalara və İnsan Hüquqları Haqqında Ümumi Bəyannamənin 1, 3, 4, 5 və 6 - cı maddələrinə zidd olan işgəncə, təhqir və zorakılıqlara, qeyri-insani alçaldıcı hərəkətlərə məruz qaldıqdan sonra azad edilmiş 1402 nəfərdən çox soydaşımız mənəvi-psixoloji gərginlik şəraitində yaşayır, onların 177 nəfəri uşaq (64 nəfər azyaşlı qız), 289 nəfəri qocadır (112 nəfər yaşlı qadın). 

Onlarla şəxs əsirlik dövründə məruz qaldığı işgəncələr nəticəsində ruhi xəstə vəziyyətində qayıdıb. 150 nəfər (50 nəfər qadın) girovluqdan qayıtdıqdan sonra məruz qaldıqları mənəvi və fiziki iztirablara dözməyərək dünyasını dəyişib. 550 nəfər isə əsir və girovluqda qəddarcasına qətlə yetirilib ki, onların 104 nəfəri qadındır. 

Bəyanatda BMT-nin Azərbaycanın işğal altındakı ərazilərinin vəziyyətinə dair 4 qətnaməsinin qəbul olunduğu, lakin Ermənistanın məhəl qoymadığı da qeyd edilib. 

Bəyanatda beynəlxalq təşkilatlardan Ermənistandan əsir və girovların qaytarılması, itkinlərin taleyinə aydınlıq gətirilməsi də tələb edilib. 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar