Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

93 yaşlı müharibə veteranı təltif olundu


General-leytenant Arzu Rəhimov 416-cı alayın topçusu olan Zərdab rayon sakini 93 yaşlı Muradəli Heydərovu qəbul edib


Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov 416-cı alayın topçusu olan Zərdab rayon sakini 93 yaşlı Muradəli Heydərovu qəbul edib.

Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, Xidmət rəisi Böyük Vətən müharibəsi iştirakçılarının, eləcə də Qarabağ müharibəsi veteranlarının sosial müdafiəsinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin daim diqqətində olduğunu, göstərilən dövlət qayğısının artmaqda olduğunu vurğulayıb.

A.Rəhimov Böyük Vətən müharibəsi veteranı M.Heydərovun keçdiyi döyüş yolundan söz açaraq, onun gənclər üçün bir nümunə olduğunu vurğulayıb. Gənclərin ordu sıralarına hazırlanmasında, döyüş əzmi ruhunda və hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərinə görə M.Heydərova təşəkkürünü bildirən general-leytenant A.Rəhimov onun bu fəaliyyətinə görə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Fəxri fərmanı ilə təltif olunduğunu diqqətə çatdırıb. Xidmət rəisi Fəxri fərmanı M.Heydərova təqdim edərək, ona möhkəm cansağlığı və uzun ömür arzulayıb.

Böyük Vətən müharibəsi veteranı M.Heydərov bu qayğı və diqqət üçün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə minnətdarlığını bildirib. O, bundan sonra da yorulmadan veteranların nümunəsini gənc nəsil arasında təbliğ edəcəyini vurğulayıb.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar