Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

9 ayda uşaqlara qarşı7 seksual hərəkət olub

“Bu ilin yanvar-sentyabr aylarında azyaşlılara qarşı seksual xaraketrli cinayətlərin statistikası açıqlanıb


9 ayda uşaqlara qarşı 29 zorakılıq hərəkətləri müəyyənləşib. Bu dövrdə azyaşlılara qarşı 7 seksual hərəkətlər olub. Amma qeyri-rəsmi rəqəmlər rəsmi göstəricilərdən dəfələrlə çoxdur”.

Bunu virtualaz.org saytına açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə deyib.

Hüquq müdafiəçisinin sözlərinə görə, rəhbərlik etdiyi təşkilat uşaqlara qarşı zorakılıqla bağlı araşdırma aparıb: “Zorakığa məruz qalanların dəqiq statistikası yoxdur. Araşdırmalardan da bəlli olur ki, uşaqlara qarşı zorakılıq və ya seksual hərəkətlərin əksəriyyəti gizli qalır. Bunun da müxtəlif səbəbləri var. Bir çox ailələr seksual zorakılıqla bağlı hüquq-mühafizə orqanlarına məlumat verməkdən çəkinirlər. Araşdırma zamanı məlum olub ki, azyaşlıların çoxu yaxın qohumlar və atalıqları tərəfindən zorakılığa məruz qalır. Digər səbəb məlumatların açıqlacağı təqdirdə qızlarının cəmiyyətdə biabır olacağı düşüncəsidir. Yəni cəmiyyətin qınağı da belə cinayətlərin açıqlamasına imkan vermir”.

K.Ağazadə dedi ki, zorakılıqla məruz qalan ailələrlə söhbətlər aparılıb. Onlar hara müraciət edəcəklərini bilmirlər: “Bu il bizim sığınacağa seksual zorakılıqla bağlı 10 müraciət daxil olub. Lakin müraciət edənlərdən yalnız ikisi bununla bağlı hüquq-mühafizə orqanlarına məlumat verməyə razı olublar. Digər 8 fakt isə ailələrin razılığı olmadığından araşdırılmadı”.

K.Ağazadənin fikrincə, bu sahədə maarifləndirici tədbirlərin aparılmasına ehtiyac var: “Ailələr bilməlidir ki, heç bir əməl cəzasız qalmamalıdır. Uşaqlara qarşı zorakılıq hadisələrində günahsız tərəf uşaqlardır. Bu hadisənin onların gələcək həyatlarına təsirsiz ötüşməsi üçün hərtərəfli tədbirlərə ehtiyac var”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Ən çox oxunanalar