Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-İran qarşıdurması - Regionda yeni müharibə ocağı közərir?


Nazim Cəfərsoy: “Trampın İranla bağlı verdiyi qərar onun daxili siyasəti və siyasi karyerası ilə çox yaxından əlaqəli olacaq”


“Trampın daxili siyasətdə daha çox yəhudi  lobbisinin dəstəyinə ehtiyacı var. Bu amil də Trampın İrana daha sərt siyasət yürütməsinə səbəb olur”

Bu sözləri politoloq Nazim Cəfərsoy Trampın İranla olan nüvə sazişindən çıxmağı özünün xarici siyasətinin proritetlərindən biri elan etməsi məsələsini PİA.AZ-a şərh edərkən açıqlamasında qeyd edib.

Xəbər verdiyimiz kimi ABŞ prezidenti Tramp BMT-nin Baş Assambleyasının 72-ci sessiyasındakı çıxışı zamanı İran rəhbərliyini “terrorçu qrupları maliyyələşdirdiyini” bildirərərk, ciddi tənqidlərə məruz qoyub. Həmçinin Donald Tramp İranla olan nüvə sazişindən çıxmağı özünün xarici siyasətinin proritetlərindən biri elan edib. Bunu ABŞ-ın milli təhlükəsizlik məsələləri üzrə müşaviri H.R. Makmaster deyib. İran prezidenti isə öz növbəsində BMT-nin Baş Assambleyasındakı çıxışında Tehranın heç kimin təhdidlərini qəbul etmədiyini və Trampın şikayətlərindən danışmadan deyilən sözlərin çirkinlik və cəhaləti əks etdirdiyini bildirib. Həsən Ruhani nüvə razılığının siyasi dünyaya yenicə qədəm qoyan yaramaz liderlərin dağıtdığını və onların heç bir zaman İranı inkişaf və irəliləyiş yolundan geri çəkə bilməyəcəyini deyib.

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı  “Qafqaz Strateji Araşdırmalar Mərkəzi”nin sədr müavini, politoloq Nazim Cəfərsoyun fikirlərini öyrənib.



Nazim Cəfərsoy: “Bu gün Trampın ABŞ daxilində əsas müttəfiqi yəhudi lobbisidir və hesab edirəm ki, bu üzdən Tramp İrana qarşı siyasətini daha da sərtləşdirəcək”.


Bu günə qədər Trampın İranla nüvə sazişinin pozulması ilə bağlı dəfələrlə mesajlar verdiyini qeyd edən politoloq Nazim Cəfərsoy vurğulayıb ki, bu mesajların nə zaman həyata keçiriləcəyi hələ ki, qeyri-müəyyəndir:

“Əslində burada iki məqamı qeyd etmək lazımdır. Bu məqamlardan birincisi ondan ibarətdir ki, ABŞ prezidenti Donald Tramp həm seçki kampaniyasında, həm də seçkidən sonra ritorikasını bir az yumşaldaraq İranla nüvə müqaviləsinin çox pis müqavilə olduğunu və bu müqavilənin ləğv edəcəyi ilə bağlı müəyyən mesajlar verib. Tramp hələ də bu cür mesajları verməkdə davam edir. Amma mən düşünürəm ki, bu mesajların nə zaman həyata keçiriləcəyi hələ ki, qeyri-müəyyəndir. Onu qeyd edim ki, Trampın İranla bağlı verdiyi qərar onun daxili siyasəti və siyasi karyerası ilə çox yaxından əlaqəli olacaq. Çünki bildiyimiz kimi daxili qüvvələr müxtəlif istiqamətlərdə Trampı sıxışdırılar. Bu halda isə Trampın yəhudi lobbisinin dəstəyinə böyük ehtiyacı ortaya çıxır. Bu ehtiyacı ödəyə bilmək üçünsə, ABŞ prezidenti İrana qarşı sərt siyasətini daha da sərtləşdirməyə məcbur olur. 

Əslində bu gün Trampın ABŞ daxilində əsas müttəfiqi də elə yəhudi lobbisidir və məlumdur ki, Trampın kürəkəni və baş məsləhətçisi, hazırda ABŞ adminstrasiyasının xarici siyasətini kurasiya edən Cared Kuşner ABŞ yəhudi lobbisinin aparıcı fiqurlarlndan biridir. Ona görə də hesab edirəm ki, Tramp İrana qarşı siyasətini daha da sərtləşdirəcək. 

Nazim Cəfərsoy: “Tramp bütün istiqamətlərdə Penatqonu özünün xarici siyasətinin “gürz”ü kimi görür”.


O da məlumdur ki, həm ABŞ xarici siyasət idarəsinin və müxtəlif təhlükəsizlik orqanlarının İranla münasibətləri birmənalı deyil. Barak Obama dövründə İrana qarşı daha yumşaq siyasi kursu yürüdülsə də, bu bəzi dairələrin xoşuna gəlmirdi. Klassik ABŞ-ın xarici siyasətində İrana qarşı sərt siyasət metodu çoxdan formalşıb və hal hazırda Vaşinqtonda tez-tez qeyd edirlər ki, ABŞ-ən xarici siyasəti o zaman daha effektli olur ki, bu siyasət məhz Pentaqonla paralel yürüdülsün. Tramp isə görünür ki, bütün istiqamətlərdə Penatqonu özünün xarici siyasətinin “gürz”ü kimi görür.

Əgər İranla sərt mövqe paylaşanlar daha güclü mövqedə olacaqlarsa və onların xətti daha güclü hala gələcəksə, bu zaman Tramp Pentaqonla bərabər hərəkət edə biləcəyi bir İran siyasəti sərgiləyə bilər. Yəni Tramp İranla münasibətləri daha da kəskinləşdirə bilər.  Başqa məqam da ondan ibarətdir ki, demokratlar və respublikaçıların bir hissəsi Trampın İrana qarşı sərt siyasətini bloklaya bilərlər. Bu da nəticədə yəhudi lobbisinin Trampdan incik düşməsinə səbəb ola biər. Bildiyimiz kimi prezident seçkilərində də yəhudi  lobbisinin əhəmiyyətli böyük hissəsi Trampa dəstək vermişdi. Onlar İranla olan nüvə sazişinə qarşı çıxırdılar və Trampda onların istəklərini dilə gətirirdi. Bu çərçivədən məsələyə baxsaq, Trampın yəhudi lobbisinin istəyinə uyğun şəkildə İrana qarşı daha sərt siyasət yürüdəcək, lakin bu zaman Konqresslə ciddi problemləri də ortaya çıxacaq.  

Bir sözlə Trampın İran siyasətinin uğuru Konqressin İrana qarşı nə qədər sərt mövqe sərgiləməsindən asılı olacaq. Müharibənin başlamasına gəlincə, mən inanmıram ki, Ağ Ev İrana müharibə elan etsin. Bu o zaman ola bilər ki, İran İsrailə hücum etsin. Başqa halda müharibənin olacaağını zənn etmirəm. Lakin istisna deyil ki, İsrail İranı təxribatlara çəkərək müharibəyə cəlb eləsin. Bu zaman nəyin baş verəcəyini sə indi təxmihn etmək heç mümkün deyil”. 

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar