Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-da Azərbaycanla bağlı korrupsiya müzakirəsi


ABŞ-ın Helsinki Komissiyası (Avropada Təhlükəsizlik və Əməkdaşlıq Komissiyası) noyabrın 19-u Vaşinqtonda “ATƏT regionunda korrupsiya ilə mübarizə: yaxşı idarəçilik və təhlükəsizlik arasında əlaqə” adlı dinləmə keçirib


Dinləmədə araşdırıcı jurnalist Xədicə İsmayılova da iştirak edərək ekspert qismində ifadə verməli idi.

Ölkədən çıxışına qadağa qoyulduğuna görə dinləməyə qatıla bilməyən Xədicə İsmayılovanın müraciəti iştirakçılara paylanıb.

“Amerikanın səsi” xəbər verir ki, Helsinki Komissiyasının həmsədri Bencamin Kardin korrupsiyanın uzunmüddətli təhlükəsizlik baxımından mühüm faktora çevrildiyini vurğulayıb. Buna səbəb kimi o, korrupsiyanın sosial çevrilişlərə və sabitliyin pozulmasına zəmin yaratmasını göstərib, Ukraynada baş verən hadisələri misal gətirib.

Dinləmədə ATƏT-in iqtisadi və ekoloji əlaqələr koordinatoru Xəlil Yurdaqul Yigitgüdən, Cons Hopkins Universitetinin Transatlantik Əlaqələr Mərkəzinin tədqiqatçısı Şaazka Beyerle və Peterson Beynəlxalq İqtisadiyyat İnstitutundan Anders Asland ifadə verib.

İştirakçılar korrupsiya ilə mübarizədə effektiv institutların yaradılmasının və vətəndaş cəmiyyətinin rolunun mühümlüyünü vurğulayıblar.

“Amerikanın səsi”nə açıqlamasında Yigitgüdən korrupsiyanın qarşısının alınmasının mühümlüyündən danışıb: “ATƏT ölkələrinin hamısında bu sahədə görülməli çox iş var. Bu istiqamətdə fəaliyyətlər mövcuddur. Çünki sabitlik üçün korrupsiyanın qarşısı alınmalıdır. Buna bütün ölkələr maraq göstərir. Ukrayna və Azərbaycan da daxil olmaqla korrupsiyanın aradan qaldırılması istiqamətində bəzi fəaliyyətlər var. Misal üçün, vətəndaşa elektron xidmət göstərmək sahəsində. Pasport və ya sürücülük vəsiqəsi alanların bu xidmətlərdən daha asan istifadəsi, korrupsiya ilə üzləşməməsi üçün xidmətlər mövcuddur. Azərbaycanda bu sahədə “ASAN xidmət” var. Mən bir ay əvvəl onların təşkil etdiyi elektron dövlət xidmətləri mövzulu toplantıda iştirak etmişəm”.

Senator Kardin dinləmədən sonra “Amerikanın səsi”nə deyib ki, Azərbaycan ABŞ-ın dostudur: “Bizim ortaq maraqlarımız çoxdur. Mənim üçün Azərbaycanın araşdırıcı jurnalistlərə işlərini azad şəkildə görməyə imkan verməsi həddən artır vacibdir. Komissiyamızın dəvətinə baxmayaraq jurnalist Xədicə İsmayılovanın Azərbaycandan kənara çıxmasına icazə verilməməsinə çox məyusam. Mən Azərbaycanı ölkədə islahatları həyata keçirməyə davam etmək üçün bu siyasətlərini nəzərdən keçirməyə çağırıram”.

Senator əlavə edib ki, məhbus hüquq müdafiəçisi Leyla Yunusun səhhəti onu çox narahat edir: “Biz onun azad edilməli olmasına, səhhəti ilə bağlı problemlərinin həll edilməli olmasına inanırıq. Ona fikirlərini azad şəkildə ifadə etmək imkanı verilməlidir”.

Azərbaycanda “Amerikanın səsi” və “Azadlıq” radiolarının yerli dalğalarda yayımına qadağa qoyulması ilə bağlı sualı cavablandıran senator deyib: “Biz açıq şəkildə bildirmişik ki, azad və açıq mətbuat prinsipinə inanırıq. Hamı məlumatı sərbəst şəkildə əldə bilməlidir. Texnologiyalarla hər hansı ölkənin əhalisinin məlumat əldə etməsininin qarşısını alması prinsipinə inanmırıq. Fikrimizcə, bütün demokratik ölkələrdə insanların məlumata sərbəst çıxış imkanı olmalıdır”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar