Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-da inflyasiya artır, dolların məzənnəsi yüksəlir: Nə olacaq?


Natiq Cəfərli: “Əslində dolların məzənnəsinin yüksəlməsi haqqında dünya mətbuatında yazılan məlumatlar sanki böyük bir faciənin olacağı kimi təqdim olunur. Amma baş verənlər gözləntilər çərçivəsindədir”.


“Dolların bahalaşması gözləntiləri fonunda manatın çox kəskin dəyərdən düşməsi real görünmür və ən azından yaxın gələcəkdə belə bir ehtimalın olması çox aşağıdır”.

Bu sözləri Respublikaçı Alternativ Hərəkatının (REAL) icraçı katibi, iqtisadçı ekspert Natiq Cəfərli bu ilin sonunda dünyada yeni qlobal iqtisadi böhranın yaşana bilmə ehtimalını PİA.AZ-a şərh edərkən açıqlamasında qeyd edib.

Xəbər verdiyimiz kimi “Bloomberg” agentliyi tərəfindən aparılan sorğunun nəticələrinə əsasən, ABŞ-da inflyasiya göstəricisinin gözləniləndən yüksək olması dolların məzənnəsini kəskin artıra bilər. Bu səbəbdən ilin sonunda dünyada yeni qlobal iqtisadi böhran yaşana bilər. Həmçinin qeyd edilib ki, son 4 ayda inflyasiyanın proqnozlardan aşağı templə artması ABŞ Federal Ehtiyat Sisteminin (FED) monetar siyasətini dəyişdirməsinə mane olur. Belə ki, FED-in uçot dərəcəsini artırması üçün əsas şərt məhz inflyasiyanın sürətlənməsidir.

Azərbaycanın valyuta ehtiyyatları yeni qlobal böhrandan çıxmaq üçün yetərli hesab oluna bilərmi və əks təqdirdə manatın kəskin devalvasiyası mümkündürmü? Ümumiyyətlə dünyada yeni qlobal iqtisadi böhran baş verərsə, bu zaman Azərbaycanı nə gözləyir?   

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı Alternativ Hərəkatının (REAL) icraçı katibi, iqtisadçı ekspert Natiq Cəfərliyə müraciət edib.



Natiq Cəfərli: “Hələlik Azərbaycanın valyuta ehtiyatları ən azından yaxın aylarda kəskin addımların qarşısın ala biləcək həddədir”.


Sentyabr ayında dolların yenidən bahalaşacağını proqnozlaşdıran iqtisadçı ekspert vurğulayıb ki, dolların birja məzənnəsinin qalxması bütün ölkələrə, o cümlədən Azərbaycana da təsirsiz ötüşməyəcək. Çünki Azərbaycanda məzənnə nə qədər inzibatı qaydada tənzimlənsə də, nə qədər nəzarətdə olsa da, istər-istəməz bütün dünyada baş verən prosseslərdən özünü sığortalaya bilməz:

“Əslində dolların məzənnəsinin yüksəlməsi haqqında dünya mətbuatında yazılan məlumatlar sanki böyük bir faciənin olacağı kimi təqdim olunur. Amma baş verənlər gözləntilər çərçivəsindədir. Yəni son zamanlar həm dünya bazarlarında, həm də avro və digər valyuta növləri qarşısında dolların kəskin şəkildə ucuzlaşmasını gördük. Dollar indeksinin 101 pukdan 92 punkta qədər geri çəkildiyinin şahidi olduq. İndi də gözləntilər odur ki, ABŞ-dan gələn makroiqtisadi göstəricilər ABŞ Federal Ehtiyat Sisteminin (FED) əlini rahatladacaq və sentyabr ayında Federal Ehtiyat Sistemi bir neçə mühüm qərarın qəbul olunması ilə bağlı addımlar atacaq. Yəni həm faizin artırılması, həm də likreditliyin daralması ilə bağlı sentyabr ayında iki qərarın verilməsi gözlənilir. Bu da təbii ki, dünya bazarlarında dolların yenidən bahalaşmasına gətirib çıxardacaq. 

Dolların birja məzənnəsini qalxması bütün ölkələrə, o cümlədən Azərbaycana da təsirsiz ötüşməyəcək. Çünki Azərbaycanda məzənnə nə qədər inzibatı qaydada tənzimlənsə də, nə qədər nəzarətdə olsa da, istər-istəməz dünyanın bir parçası kimi reaksiya verməli olacaq. Azərbaycan dünyada gedən prosseslərdən özünü sığorta edə bilməz. Hələlik Azərbaycanın valyuta ehtiyatları ən azından yaxın aylarda kəskin addımların qarşısın ala biləcək həddədir. 

Yəni mən yaxın aylarda Azərbaycanda kəskin devalvasiyanın olacağın gözləmirəm. Amma ən azından dünyaya paralel olaraq manatın addım-addım zəifləməsi mümkündür. Həmçinin 2017-ci ilin əvvəlində gördüyümüz maksimum hədləri, yəni 1 manatın 1.92 dollar olması həddin görə bilərik. Bir sözlə manat yenə də 1.92 həddə qədər geri çəkilib, ucuzlaşa bilər. Amma dolların bahalaşması gözləntiləri fonunda manatın çox kəskin dəyərdən düşməsi real görünmür və ən azından yaxın gələcəkdə belə bir ehtimalın olması çox aşağıdır”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan bu dəfə Azərbaycanı deyil, Türkiyəni hədəf aldı...

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda pensiyaçıların sayı 2026-cı ilə qədər azalacaq

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Ən çox oxunanalar