Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-ın Bakıdakı nüfuz agentinin mənzilində axtarış aparıldı


Dünən hüquq müdafiəçisi Rəsul Cəfərov ifadə vermək üçün Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsinə çağırılıb.


Bu barədə sosial şəbəkələrdə o özü məlumat yayıb: “ Səhər saat 10.00-da Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsinə çağırılmışdım. Orada bir sıra yerli və xarici QHT-lərlə bağlı açılmış cinayət işi üzrə şahid qismində ifadə verdim. Bundan sonra mənim mənzilimdə axtarış aparıldı. Mən onlara maraqlandıqları bütün sənədləri təqdim etdim”.

Xatırladaq ki, Baş Prokurorluq ondan əvvəl hüquq müdafiəçisi Rəsul Cəfərovun ölkədən çıxmasını qadağan edib. Belə ki, iyulun 28-də axşam o, qatarla Tiflisə gedib, lakin 29-da səhər Böyük Kəsik stansiyasında sərhədçilər onu ölkədən buraxmayıblar. Məlum olub ki, qadağa iyulun 25-də qoyulub.

Ondan bir müddət əvvəl isə prokurorluğun təqdimatı əsasında Cəfərovun bank hesablarına həbs qoyulub. Bu səbəbdən də iyulun 6-da Cəfərov Kiyevdə öz bank kartlarından istifadə edə bilməyib.

Ayın 7-də “Respublika” bankında bunu “texniki problemlərlə” izah ediblər, amma sonradan hesablara həbs qoyulması haqqında məhkəmə qərarı olduğunu bildiriblər.

İyulun 16-da R.Cəfərov Səbayel Rayon Məhkəməsinə müraciət edərək hesablarına həbs qoyulması haqqında qərarın ona təqdim edilməsini tələb edib. Hələlik işə baxılmayıb...

Qeyd edək ki, Cəfərov son illər ölkənin ən fəal hüquq müdafiəçilərindən biri hesab olunur. Hazırda o, “Demokratiya naminə incəsənət” kampaniyasının koordinatorudur.

Virtualaz.org saytı onu da xatırladır ki, Rəsul Cəfərov Azərbaycandakı yeni “facebook inqilabı”nın, necə deyərlər, sözükeçən nüfuz agentlərindən biridir. O həm də qrantların əridilməsi üzrə mütəxəssis kimi tanınır. ABŞ xüsusi xidmət orqanlarının vaxtilə Azərbaycandan qovulmuş gizli əməkdaşı Rebekko Vinsentlə sıx əlaqəsi olub. Qısa müddət ərzində müxtəlif işlərə görə yüz minlərlə dollar qrant alıb. Amma bütün cəhdlərə baxmayaraq xarici mərkəzlərin onun qarşısında qoyduğu məqsədlərə nail olunmayıb.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar