Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-ın Bakıdakı səfirliyindən Putinə cavab



“Biz bu iddiaları qətiyyətlə rədd edirik. Rusiya prezidenti cənab Putinin dedikləri bizim və tərəfdaşlarımızın bu haqda düşündüklərindən kardinal şəkildə fərqlənir. Bizim bir çox məsələlərdə, o cümlədən raketdən müdafiə sistemləri, Krımın ilhaqı cəhdləri, Rusiya qoşunlarının Ukraynanın şərqində yerləşdirilməsi və s. məsələlərdə fikir ayrılıqlarımız var”


Bunu virtualaz.org saytının Rusiya prezidenti Vladimir Putinin ABŞ kəşfiyyatı haqda son açıqlamalarından biri ilə bağlı sorğusuna cavab olaraq ABŞ-ın Azərbaycandakı səfirliyindən bildiriblər.

Qeyd edək ki, V.Putin bu barədə “Rossiya-1” telekanalı ilə nümayiş olunan “Prezident” filmindəki çıxışında bildirmişdi.

O, belə demişdi: “Bir dəfə Rusiya xüsusi xidmət orqanları Şimali Qafqazdakı yaraqlılarla ABŞ xüsusi xidmət orqanlarının Azərbaycandakı nümayəndələri arasında olan birbaşa təmasları qeydə almışdı. Orada onlara real olaraq hətta nəqliyyat vasitələri ilə də yardım edirmişlər”.

Putin demişdi ki, bu barədə ABŞ prezidentinə məlumat verib. ABŞ prezidenti isə cavabında bildirib ki, “mən onların cəzasını verərəm”.

“Lakin mənim tabeliyimdə olan şəxslər - Federal Təhlükəsizlik Xidmətinin rəhbər işçiləri 10 gündən sonra Vaşinqtondakı həmkarlarından bu məzmunda məktub aldılar: “Biz Rusiyanın bütün müxalif qüvvələri ilə əlaqə saxlayırıq və saxlayacağıq. Hesab edirik ki, düzgün edirik və gələcəkdə də belə edəcəyik”” - deyə Putin bildirmişdi.

Rusiyanın dövlət başçısı onu da vurğulamışdı ki, geosiyasi problemləri həll etmək üçün terrorçuları dəstəkləmək məqbul yol deyil.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar