Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-ın Helsinki Komissiyası Azərbaycandakı seçkilərə mənfi rəy verdi

"Azad seçim şəraiti olmayıb"


Azərbaycanda prezident seçkiləri azad seçim, azad KİV olmadan və 100-dən çox siyasi məhbusun azad edilmədiyi şəraitdə keçirilib. ATƏT müşahidəçilərinin iştirakına icazə verilib, amma real demokratiya Azərbaycan prezidentindən öz real seçkilər keçirmək öhdəliklərinə hörmət etməyi tələb edir”.

PİA.AZ Amerikanın Səsi-nə istinadla xəbər verir ki, bu barədə ABŞ-ın Helsinki Komissiyasının Twitter hesabında yazılıb (https://twitter.com/HelsinkiComm/status/984445905121181696).

Aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyası, səslərin ilkin hesablamalarının nəticələrinə görə, hazırki prezident İlham Əliyevin 86,03 faiz səs topladığını bildirib.

ATƏT, ATƏT PA və AŞPA-dan olan seçkiləri beynəlxalq müşahidə missiyası ilkin bəyanatında Azərbaycanda növbədənkənar prezident seçkilərinin həqiqi demokratik seçki kampaniyası üçün vacib olan əsas hüquq və azadlıqların məhdudlaşdırılması şəraitində keçirildiyini bildirib.

Azərbaycan tənqidləri qəbul etmir və qərəzli sayır. Azərbaycan Mərkəzi Seçki Komissiyası, o cümlədən hökumət rəsmiləri seçkilərin azad və demokratik mühitdə keçirildiyini bildirir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar