Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-ın Xəzərə yolu rəsmən bağlanır


Bu gün Moskvada Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin toplantısında üçüncü ölkələrin Xəzərdə öz hərbi qüvvələrini yerləşdirməsini qadağan edən sənəd razılaşdırılacaq.


PİA.AZ saytı xəbər verir ki, bu barədə “Kommersant” qəzeti Xəzəryanı ölkələrin birindəki diplomatik mənbəyə istinadən yazıb.

Azərbaycan, Qazaxıstan, İran, Türkmənistan və Rusiya xarici işlər nazirlərinin toplantısının gündəliyinə çıxarılan sənəd Xəzər dənizinin regiondan kənar dövlətlərdən müstəqilliyinə dair konvensiyadır. Konkret olaraq konvensiyada nəzərdə tutulur ki, üçüncü ölkələr Xəzər dənizində öz hərbi qüvvələrini yerləşdirə bilməzlər. Gözlənilir ki, nazirlər Moskva toplantısında bu konvensiyanı paraflayacaqlae və sənəd bu ilin  payızında Həştərxanda keçiriləcək Xəzər sammitində dövlət başçıları tərəfindən imzalanacaq.

Mənbənin bildirdiyinə görə, Rusiya tərəfi partnyorları əmin edib ki, heç bir regiondan kənar nəhəng dövlət Xəzərdə qərarların qəbul edilməsinə təsir edə bilməz. Söhbət ilk növbədə ABŞ-ın Xəzər regionunda təhlükəsizlik məsələlərinə qarışmasının qarşısının alınmasından və bu ölkənin öz hərbi qüvvələrini Xəzərdə yerləşdirməsinin istisna edilməsindən gedir. Çünki Xəzərdə təhlükəsizlik məsələlərinə regiondan kənarda yerləşən ölkələrdən ancaq ABŞ maraq göstərirdi və iki sahilyanı ölkə-AzərbaycanQazaxıstanla bu sahədə sıx əməkdaşlıq edirdi.

Birləşmiş Ştatlar Azərbaycanın hərbi dəniz qüvvələrinə Xəzərdəki neft-qaz platformalarının təhlükəsizliyinin təmin edilməsi üçün təlim keçib, habelə Azərbaycana iki hərbi kater verib. Əvvəllər Pentaqonun Xəzərdə platforma üzərində X-Band tipli qısa diapazonlu radar yerləşdirmək, yaxud xüsusi təyinatlılardan ibarət məhdud hərbi kontingent saxlamaq planlarının olduğu barədə Qərb mənbələrində xəbərlər getmişdi. Rusiyaİran isə həmişə ABŞ-ın Xəzər təhlükəsizliyi ilə bağlı proqramlarına qarşı olub və Birləşmiş Ştatların ümumiyyətlə regionda hərbi-təhlükəsizlik məsələləri ilə maraqlanmasını istəməyib. İndi isə Rusiya ABŞ-ın Xəzərə yolunu rəsmən bağlamaq üçün konvensiyanı sahilyanı ölkələrlə razılaşdırıb. Xəzərdə hərbi donanmasını durmadan gücləndirən Rusiyanın bu tələbinə qarşı müqavimət isə digər sahilyanı ölkələr üçün mənasız və faydasızdır. 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Ən çox oxunanalar