Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-ın daha bir ştatı Xocalı soyqırımını tanıdı


Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan modern.az-a verilən məlumata görə, ABŞ-ın Arizona ştatının Nümayəndələr Palatası Xocalı soyqırımını tanıyan bəyannamə qəbul edib


Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan modern.az-a verilən məlumata görə, ABŞ-ın Arizona ştatının Nümayəndələr Palatası Xocalı soyqırımını tanıyan bəyannamə qəbul edib.
 
Bəyannamədə Xocalı faciəsi soyqırımı kimi qiymətləndirilr.
 
ABŞ-ın Arizona ştatının Nümayəndələr Palatası 2017-ci ilin fevralın 23-də Xocalı soyqırımının tanınmasına dair bəyannamə qəbul edib. Bu, Arizona Nümayəndələr Palatası tərəfindən Xocalı soyqırımına dair qəbul edilən ilk rəsmi sənəddir. 
 
Nümayəndələr Palatasının Təxsisatlar Komitəsinin sədri Don Şuter tərəfindən Palatanın plenar iclasında oxunan və yekdilliklə qəbul edilən bəyannamə, plenar iclasda iştirak edən Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayevə təqdim edilib. Palatanın bütün üzvləri Xocalı qurbanlarının xatirəsinə hörmət əlaməti olaraq, bəyannamənin oxunmasını ayaq üstündə dinləyiblər.
 
Bəyannamədə bildirilir ki, erməni silahlı qüvvələri 25-26 fevral 1992-ci ildə Azərbaycanın Xocalı şəhərini işğal edərək, 600-dən çox mülki şəxsi qətlə yetirib, minə yaxın insanı yaralayıb və 1200-dən artıq insanı əsir götürüb. “Human Rights Watch” təşkilatının müvafiq hesabatına istinad edilərək, Xocalı soyqırımının Ermənistan-Azərbaycan münaqişəsində ən böyük kütləvi qətliam olduğu bildirilir və dünyanın bir sıra ölkələrinin və 20 ABŞ ştatının qanunverici orqanlarının və qubernatorlarının müvafiq sənədlər qəbul edərək, bu qətliamı pislədikləri vurğulanır.
 
Bəyannamədə xüsusilə vurğulanır ki, “bu soyqırımını törədənlər hələ də azadlıqdadırlar və məsuliyyətə cəlb olunmamışlar”.
 
Ermənistan-Azərbaycan münaqişəsinin hələ də davam etdiyi bildirilən sənəddə, buna səbəb kimi Ermənistan ordusu tərəfindən Dağlıq Qarabağ və 7 ətraf rayon da daxil olmaqla Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin hələ də işğal altında saxlanılması göstərilir.
 
Eyni zamanda, vurğulanır ki, BMT Təhlükəsizlik Şurası və Baş Məclisi müvafiq qətnamələr qəbul edərək, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğal edilməsini pisləyib.
 
Sonda, Arizona Ştatının Nümayəndələr Palatası tərəfindən 26 fevral 2017-ci il tarixinin Xocalı faciəsinin 25-ci ildönümü kimi tanındığı və faciənin qurbanlarının yad edildiyi bildirilir.
 
Bəyannamənin qəbulundan sonra, baş konsul N.Ağayev Nümayəndələr Palatasının spikeri və ayrı-ayrı üzvləri ilə görüşərək, Azərbaycan xalqının ağrısını bölüşdüklərinə və ədaləti dəstəklədiklərinə görə onlara təşəkkür edib.
 
Qeyd edək ki, bu, Arizona qanunverici orqanı tərəfindən Xocalı faciəsinə dair qəbul edilmiş ikinci sənəddir. İlk sənəd 2015-ci ilin 26 fevral tarixində qanunverici orqanın yuxarı palatası - Arizona Ştat Senatı tərəfindən qəbul edilmişdi. Həmçinin, 2014-cü ildə Arizona Senatı və Nümayəndələr Palatası Ermənistan tərəfindən Azərbaycana qarşı həyata keçirilən işğalçılıq və etnik təmizləmə siyasətini pisləyən qətnamələr qəbul edib.
 
Sənədin qəbul edildiyi iclasın video-yazısına burada baxmaq olar:
 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Payızda istilik qiymətləri bahalaşacaq? - Rəsmi açıqlama

Ən çox oxunanalar