Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-ın məqsədi Ərdoğanı devirməkdir


“ABŞ Senatının Xarici Əlaqələr Komitəsi ermənilərin Türkiyəyə qarşı soyqırımı iddiaları ilə bağlı layihəni qəbul etməsinin səbəbi ABŞ-Türkiyə münasibətlərində yaranmış soyuqluqdur”.


Bu barədə BAXCP sədrinin ictimai və siyasi məsələlər üzrə müavini Niyaməddin Orduxanlı "Publika.Az"a açıqlamasında deyib. Onun sözlərinə görə, birmənalı olaraq ABŞ-ın Ərdoğan hökumətinə qarşı apardığı siyasət açıq şəkildə müşahidə olunur: “ABŞ bu kompaniyaya Türkiyədə keçirilən bələdiyyə seçkilərinə 1 il qalmış başlamışdı.

Bütün imkanları ilə səfərbər olunan ABŞ Ərdoğan hakimiyyətinə təzyiq etməkdə idi və bu siyasət yenə davam etmədədir. Münasibətlərin daha da korlanması Misir dövlətində baş vermiş hərbi qiyamdan sonraya təsadüf etdi. Ərdoğan islam təmayüllü Müsəvini müdafiə etdi.

Bu da birbaşa Amerikanın apardığı siyasətə qarşı olmaq demək idi. Xatırlayırsınızsa, bələdiyyə seçkiləri ərəfəsində Türkiyədə səs-küylü korrupsiya faktları ilə bağlı hökumət üzvlərinin övladlarının həbsi, nazirlərinin istefaya getməsi, Ərdoğan hökumətinin yenidən fomalaşmasına gətirib çıxartdı. Hətta öz yaxın müttəfiqi olan Fətullan Güllənlə Ərdoğanın münasibətlərinin korlanması da ABŞ tərəfindən həyata keçirilən siyasət idi”.
N. Orduxanlı hesab edir ki, indi də ABŞ artıq soyqırımı tanımaqla Türkiyəyə növbəti təzyiq etmək niyyətini güdür.
 
ABŞ-ın əsas planı nəyin bahasına olur olsun avqust ayında Türkiyədə keçiriləcək prezident seçkilərində Ərdoğanın prezident seçilməməsinə əngəl törətməkdir. ABŞ Ərdoğanın prezident seçilməsini istəmir. Ola bilsin ki, yaxn zamanlarda ABŞ-Türkiyə münasibətləri daha da sərtləşsin.

Lakin bütün bunlara baxmayaraq ABŞ soyqırımı ilə bağlı qəbul etdiyi qərarın birbaşa ABŞ-a qarşı olduğu qənaətindədir. ABŞ erməni soyqırımını Senatın xarici əlaqələr komitəsində tanınması ABŞ-a utanc gətirən bir haldır və heç bir beynəlxalq hüquqa söykənmir. Bütün dünyaya özünü demokratik dəyərləri və insan hüquqlarının qoruyucusu kimi təqdim edən ABŞ dərhal bu qərarı ləğv etməlidir”-deyə o bildirib.
 
BAXCP rəsmisinin fikrincə,  Azərbaycan cəmiyyəti də bu qərardan ciddi narazılığını ifadə etməlidir: “Onlar bilməlidir ki, komitənin bu qərarı qardaş Türkiyəyə deyil, dünyada yaşayan 300 milyonluq türk kökənli insanları özündən narazı salacaq. Bu məsələdə Azərbaycan türkləri də ABŞ-dan narazı qalacaq”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar