Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-ın sabiq səfirlərindən Qarabağ müraciəti: “Minsk Qrupu yenilənməli, Türkiyə sərhədi açmalıdır”


"Qərb üçün Azərbaycan, Ermənistan və Gürcüstanla olan münasibətlərinə yenidən baxmaq zamanı gəlib çatıb”


PİA.AZ Strateq.az-a istinadən bildirir ki, bu sözləri Avropa Komissiyasının Gürcüstanda və Ermənistandakı nümayəndəliyinin keçmiş rəhbəri Denis Korbo, ABŞ-ın Gürcüstanda və Qazaxstandakı keçmiş səfiri Uliyam Kortni və ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariçin "Newsweek”jurnalında yazdıqları birgə məqalədə qeyd olunub.

İrana qarşı olan sanksiyaların ləğvi perspektivi bu ölkənin Cənubi Qafqazda olan qonşuları- Ermənistan, Azərbaycan və Gürcüstan üçün iqtisadi xeyir gətirəcək. İranla saziş imzalayarkən, Qərb özünün Cənubi Qafqaz regionuna bağlılığını unutmamalıdır. İranla razılaşma hər üç dövlət üçün balansı dəyişdirir və yeni imkanlar açır”, - deyə yazıda vurğulanır.

Müəliflər qeyd edirlər ki, Ermənistan Rusiyaİrandan asılıdır: "Ermənistan Rusiyanın hərbi köməyinə çox möhtacdır, Yerevan bu dəstəklə Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək cəhdinin qarşısını alır”.

Eks səfirlər Qərbi Ermənistanın vətəndaş cəmiyyəti ilə sıx əlaqələr qurmağa və Ermənistanda iqtisadi islahatları genişləndirməyə çağırıblar.

Müəlliflərin fikrincə, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün yaradılmış Minsk Qrupunun fəaliyyətinə yeindən baxılmalıdır. Onlar hesab edir ki, Minsk Qrupunun həmsədrləri 20 il ərzində münaqişənin həllində nəticələr əldə edə bilməyib.

“Problemin diplomatik yolla həllinin mümkünsüzlüyü müharibənin başlanması imkanlarını artırır. Qərb Minsk prosesini yeniləməli və ikinci dərəcəli diplomatiyanı (Track II diplomacy -“vətəndaş diplomatiyası”) aktivləşdirməlidir. Qərb həmçinin Türkiyəni Ermənistanla münasibətləri normallaşdırmağa çağırmalıdır. Ankaranın sərhədləri bağlaması Ermənistanın İrandan asılılığını daha da gücləndirir”, - deyə yazıda qeyd olunub.

“Tarix boyu İran, Rusiya və Türkiyə Cənubi Qafqazda nufuz uğrunda mübarizə aparıb. Region ölkələri azadlıq və müstəqillik əldə ediblər. İndi Qərb bu dəyərlərin müdafiəsini artırmalıdır. Daha ayıq siyasət apararaq Qərb Cənubi Qafqaza İranın və Rusiyanın asılılığından çıxmasına kömək etməldir”, - deyə eks diplomatlar yazıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Ən çox oxunanalar