Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-ın vitse-prezidenti Kim Çen Ina “yaxınlaşıb” hədələdi


Birləşmiş Ştatlar administrasiyası yeni nüvə və ballistik raket sınaqlarına can atan Şimali Koreya rejiminə qarşı ritorikanı getdikcə sərtləşdirir


Virtualaz.org xəbər verir ki, ABŞ-ın vitse-prezidenti Maykl Pens Koreya yarımadasına, Cənubi Koreya ilə Şimali Koreyanı ayıran demilitarizə olunmuş zonaya səfər edərək oradan Pxenyana sərt mesajlar göndərib.

Maykl Pens deyib ki, ABŞ həmişə sülhə can atıb, amma həmişə sülhə güc vasitəsi ilə nail olub.

Vitse-prezidentin bildirdiyinə görə, Donald Trampın rəhbərlik etdiyi yeni Amerika administrasiyasının Şimali Koreyaya münasibətdə strateji dözüm nümayiş etdirməsinin sonu gəlib çatıb. “Bizim administrasiyanın səbri tükənib və artıq “strateji dözüm” siyasətini davam etdirmək niyyətimiz yoxdur. ABŞ Koreya yarımadasında təhlükəsizliyin danışıqlar və sülh yolu ilə təmin olunmasında qəti şəkildə qərarlıdır. Lakin bütün variantlar masa üzərindədir və Vaşinqtonun Seul qarşısındakı müttəfiqlik öhdəlikləri sarsılmazdır”-Maykl Pens deyib.

Xəbər verilir ki, Pens bu gün aprelin 17-də səhər saatlarında Cənubi Koreyadakı Kemp-Bonifas Amerika hərbi bazasına baş çəkib, orada generallarla və hərbçilərlə müşavirə keçirib. Bu səfər ABŞ-ın Şimali Koreya sahillərinə “Karl Vinson” təyyarədaşıyanı başda olmaqla zərbə qruplaşması göndərməsinin ardınca baş verir. İki gün əvvəl Şimali Koreya növbəti ballistik raket sınağını keçirib, ancaq sınaq uğurlu olmayıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Ən çox oxunanalar