Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-ın yeni seçimi Qubad İbadoğludur?


ADR liderinin seçkilər ərəfəsində Vaşinqtona beş aylıq getməsi “Ağ ev”in yeni planı kimi qiymətləndirilir; hərəkatdan bu iddialara münasibət bildirildi


ABŞ-ınyeni seçimi - Qubad İbadoğlu”. Bu başlıqlı məqalə ilə jurnalist EynullaFətullayev çıxış edib. 

Müəllif geniş yazısında qeyd edir ki, “füzulili Yavlinski” (rusiyalı islahatçı və iqtisadçı Qriqori Yavlinski nəzərdə tutulur) adlandırıla biləcək, texnokratik komandanın lideri, liberal dəyərlərə və Qərb qrantlarına bürünmüş Q.İbadoğlu Müsavat Partiyasının sükanını ələ almağa cəhd göstərdi: 

“Ancaq partiyanın qurultayı İsa Qəmbərin və hakimiyyətin tövsiyələrini nəzərə alıb “idarəolunmaz İbadoğlunun” seçilməsində maraqlı deyildi və “boz” Hacılını seçdi. Lakin Q.İbadoğlu öz yolu ilə getməyə qərar verdi. Yaxud amerikalılarla məsləhətləşdi: tirajdan düşmüş liderə ümidləri boş yerə niyə bağlayasan? Axı Əli Kərimli sakitliyin pozucusu və yüksək hakimiyyətə mümkün iddiaçı qismində tamamilə tirajdan düşüb. Onun partiya “tusovka”ları və mitinqləri cəmi bir neçə yüz narazı kəndlini və üzütüklü mariginalları toplaya bilir”.

E.Fətullayev yazır ki, Azərbaycan Demokratik və Rifah Hərəkatının (ADR) yaradılmasını elan etməklə və opportunist müsavatçıların sıralarından yeni hərəkatın ilk özəyini formalaşdırmaqla Q.İbadoğlu tamamilə gözlənilmədən martın əvvəllərində Vaşinqtona yollandı:
 
“Və bu, əsl sürpriz oldu. Vaşinqton yeni lider üçün xüsusi olaraq 5 aylıq proqram hazırladı. Və diqqət yetirin, bu xüsusi proqramı başa vurandan dərhal sonra İbadoğlu Azərbaycana dönəcək - düz 2015-ci il parlament seçkiləri ərəfəsində. Siyasi mübarizənin ən qızğın mərhələsində. 
İbadoğlu Vaşinqtonda fəaliyyətdədir: o, “Amerikanın səsi”indən tutmuş məşhur fransız nəşri “Le Monde” ə qədər, aparıcı dünya KİV-lərinə müsahibələr verir, Amerika elitasında məşhur olan, Azərbaycan və Türkiyədəki situasiyanı tənqid edən oratorların arasında tribunalarda görünür. Və o, baş məşqdə uğur qazanmaq üçün ciddi təklif edir. İbadoğlunun antirusiya ritorikası və Vaşinqtona ünvanlanmış bəyanatlarındakı açıq panegirik tonu da diqqəti cəlb edir”.

Müəllifin bu qeydlərinə Müsavat Partiyasından sosial şəbəkələrdə rəy bildirənlər olub. Onlardan biri başqan müavini Elman Fəttahdır ki, “facebook” səhifəsində müəllifi və Q.İbadoğlunu hakimiyyətin əlaltısı adlandırıb. 

Q.İbadoğlu isə məqalədəki fikirlərlə bağlı “Yeni Müsavat”a münasibət bildirmək istəmədi. ADR İdarə Heyətinin üzvü Adil Qeybulla isə hesab edir ki, məqalədəki tezislər çox şişirdilib: “Eynulla Fətullayev istedadlı adamdır. Ancaq xeyli şişirdilmiş məqamlar var. Bəzi məsələlərdə reallığı görmək olar. Yeni hərəkatın yaranması, siyasi həyatda perspektiv və sair nüansları qeyd etmək olar. Amma proqnozlar qeyri-realdır”. 

A.Qeybullanın fikrincə, Q.İbadoğlunun Vaşinqtonda nüfuzlu nəşrlərə müsahibə verməsi, yüksək ranqlı şəxslərə görüşləri Azərbaycanda iqtidar dəyişikliyinə hazırlıq kimi qiymətləndirilə bilməz: “Azərbaycanda hakimiyyətin taleyini Amerika yox, xalq həll edir. Xalqın seçdiyi, mandat verdiyi və gətirdiyi qüvvə hakimiyyətdə qala bilər. Amma bu görüşlər o demək deyil ki, iqtidar dəyişikliyi ilə bağlı nə isə plan var. Bəli, siyasi iqtisadi-islahatlar getməlidir, iqtisadiyyat liberallaşmalıdır, yəni bir “yol xəritəsi”dir. Amma kiminsə dəstəyi ilə iqtidara gəlməkdən söhbət gedə bilməz”.
 
ADR İdarə Heyətinin üzvü Ellada Məmmədli isə hesab edir ki, üçüncü qüvvənin mövcudluğu çoxunu narahat edir. Onun sözlərinə görə, yeni bir liderin meydana çıxmasını həzm etmək problemi yaranıb və onu cəmiyyətə müxtəlif böhtan xarakterli yazılarla təqdim etməyə cəhd olunur. 
E.Məmmədlinin fikrincə, E.Fətullayevin məqaləsi iqtidarın mətbəxində hazırlanıb: “Bu, dövlətin sifarişli yazılarından biridir".(musavat.com)

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar