Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ Azərbaycana 9 minaaxtaran it hədiyyə edib



Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) minaaxtaran itlər qrupunun cins itlər yetişdirmə məntəqəsində 2011-ci ilin əvvəllərindən bu günə kimi 30 küçük yetişdirib


Bu barədə APA-ya ANAMA-nın baş mütəxəssisi Fikrət Əliyev məlumat verib.
 
F. Əliyev bildirib ki, hazırda ANAMA-nın minaaxtaran itlər qrupunda 29 əməliyyat iti, 10 təlimə cəlb olunan it, 2 damazlıq-malinua cinsli (Almaniya və Belçikada yetişdirilən) it mövcuddur. 2011-2014-cü illər ərzində yetişdirilən 32 itdən 12-si əməliyyat sahəsinə cəlb olunub, qalanları isə təlimdədir. Əməliyyat sahəsinə cəlb olunan itlər ANAMA tərəfindən aparılan  akkreditasiyadan keçib və əvvəlcə daxili keyfiyyətə, sonra isə minatəmizləmə əməliyyatlarına buraxılıb.
 
Fikrət Əliyev deyib ki, küçüklər doğulduğu gündən 4-6 aylığına qədər Göygöl təlim mərkəzində topla həvəsləndirmə və müəyyən qədər itaətkarlığa cəlb olunurlar: “6 aylığından 12 ayına qədər isə Füzuli regional bazasında ilkin təlimlərə cəlb edilirlər. Hazırda yetişdirilmiş küçüklərdən 12-si real mina sahəsində uğurla iştirak edir. 13 küçükdən 7-si testdən keçmək üçün hazırlıq mərhələsindədir. Qalan 6 küçükdən 4-ü təlimə cəlb olunub, Rita və Layman ləqəbli küçüklər damazlıq üçün Göygöl bazasında saxlanılır”.
 
F. Əliyev bu günlərdə ABŞ-ın Marşal Leqasi İnstitutu tərəfindən ANAMA-ya 9 itin hədiyyə edildiyini söyləyib: “İtlər Əfqanıstanın Kabul şəhərində yerləşən MDC (Mine Dog Centre) təlim mərkəzində saxlanılırdı. ANAMA əməkdaşları Ramazan Heydərov və mən martın 7-dən 17-nə qədər Əfqanıstanda səfərdə olduq və  15 it arasında qiymətləndirmə aparıb 9 baş iti seçərək ölkəmizə gətirdik”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar