Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ Azərbaycanda iğtişaşların olmasında maraqlıdır?


ABŞ İrandakı iğtişaşlardan sonra Rusiya və Azərbaycanında iğtişaşlar törədəcək?


Politoloq: “Rus analitikləri müxtəlif fərziyələr irəli sürür. Onlar hər dəfə də ABŞ-la Rusiya arasındakı gərginliyin məsuliyyətini müxtəlif dövlətlərin üzərinə yıxmağa çalışırlar”.

İranda baş verən etirazlardan sonra həmin etirazların Rusiyada, sonra da Azərbaycanda olacağı barədə deyilən fikirlər tamamilə absurd fikirlərdir”.

Bu sözləri politoloq Qabil Hüseynli rusiyalı ekspert Aleksandr Fomenkovun ABŞ İrandakı iğtişaşlardan sonra RusiyaAzərbaycanında iğtişaşlar törədəcək fikirlərini PİA.AZ-a şərh edərkən qeyd edib.

Rusiyalı ekspert Aleksandr Fomenkov “CA-IrNews”a açıqlamasında bildirib ki, ABŞ İrandakı iğtişaşlardan sonra RusiyaAzərbaycanında iğtişaşlar törədəcək. Fomenkov fikrini belə əsaslandırıb ki, “Şimal-Cənub” nəqliyyat dəhlizi Qərbi çox mühüm kapitallardan məhrum edə bilər. ABŞ buna yol verməmək üçün İranda kütləvi iğtişaşlar törətməyə cəhd edib. Fomenkov hesab edir ki, Qərbin pul kisələrinin niyyətinin ciddiliyini özündə ilk hiss edən İran oldu. Növbə RusiyaAzərbaycanındır. Bu il həm orada, həm də burada prezident seçkiləri baş tutacaq. Lakin mən zərrəcə şübhə etmirəm ki, Qərbin MoskvaBakını laxlatmaqda boşuna cəhdləri hədər çıxacaq, lakin Sem dayı və ortaqları qanımızı kifayət qədər içəcəklər. Ekspertin fikrincə, Hindistandan Avropaya artıq bir neçə əsr işlək olan indiki dəniz yolu və İran, Azərbaycan və RF-nin bərpasına can atdığı əvvəlki quru İpək Yolu Qərbin “boğazındakı sümük” kimidir.

Doğurdanmı ABŞ bu və ya digər şəkildə Azərbaycanda prezident seçkiləri öncəsində və sonrasında iğtişaşaların olmasına maraqlı ola bilər? Narahatlıq üçün hansısa əsas varmı?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı politoloq Qabil Hüseynli müraciət edib.


Qabil Hüseynli: “ABŞ Azərbaycanda prezident seçkiləri öncəsində və sonrasında iğtişaşaların olmasında maraqlı deyil”.


Azərabyacanın Qərb üçün son dərəcə əhəmiyyətli bir dövlət olduğunu vurğulayan politoloq Qabil Hüseynli bildirib ki, Azərbaycanda iğtişaşlar törədilməsi üçün elə bir şərait yoxdur. Çünki Azərabaycan iqtidarı dövlətlərarası intiqrasiyanın inkişafı ilə məşğuldur:

“Rus analitikləri müxtəlif fərziyələr irəli sürür. Onlar hər dəfə də ABŞ-la Rusiya arasındakı gərginliyin məsuliyyətini müxtəlif dövlətlərin üzərinə yıxmağa çalışırlar. “Şimal-Cənub” nəqliyyat dəhlizi ya da “Bakı-Tbilisi-Qars” dəmiryolu xətti ABŞ-a heç bir ziyan vermir. Buna görə də İranda baş verən etirazlardan sonra həmin etirazların Rusiyada, sonra da Azərbaycanda olacağı barədə deyilən fikirlər tamamilə absurd fikirlərdir. Çünki Azərbaycanın Qərblə münasibətləri yaxşı istiqamətdə inkişaf etməkdədir. Həmçinin Azərbaycan mühüm nəqliyyat və enerji dəhlizi kimi Qərbə hədsiz dərəcədə lazımdır. 

İndi məlum olur ki, İranda baş verən hadisələrdən heç Qərbin xəbəri belə yoxdur. Sadəcə olaraq İranda baş verən etirazlar mühafizəkar dini dairələrlə, islahatçı dini dairələr arasındakı rəqabətin nəticəsində meydana çıxıb. Yəni İranın daxilindən qaynaqlanan bir məsələni bu qədər uzatmağın mənası yoxdur. Rusiya siyasi şərhçilərinin də bu yöndə söylədiklərinə o qədər də bel bağlamağa ehtiyac yoxdur. 

ABŞ Azərbaycanda prezident seçkiləri öncəsində və sonrasında iğtişaşaların olmasında maraqlı deyil. Çünki ABŞ Azərbaycan ərazindən istifadə edərək Əfqanıstandakı bütün qoşunlarını lazım olan mallarla təmin edir. Həmçinin ABŞ üçün Azərbaycanın geostrateji əhəmiyyəti digər dövlətlərdən qat-qat əhəmiyyətlidir. Azərbaycanın nefti ABŞ-ın müttəfiqlərinin sərəncamındadır. Azərbaycan qazı da artıq Avropanın cənub hissəsinə yönləndirilir. Bir sözlə Azərabyacan Qərb üçün son dərəcə əhəmiyyətli olan bir dövlətdir. Həm də Azərbaycanda iğtişaşlar törədilməsi üçün elə bir şərait yoxdur. Çünki Azərabaycan iqtidarı dövlətlərarası intiqrasiyanın inkişafı ilə məşğuldur”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar