Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ Azərbaycanın qərarından narahat olub


"Birləşmiş Ştatlar ABŞ vətəndaşı Səid Nurinin Bakıdan deportasiya olunmasından Azərbaycan tərəfə narahatlığını çatdırıb"


 "Biz həm ictimai, həm də özəl şəkildə onlara narahatlığımızı aydın bildirmişik”. ABŞ Dövlət Departamentinin sözçüsü Mari Harf dünən jurnalistlərə verdiyi açıqlamasında belə deyib.

Xatırladaq ki, bir neçə gün əvvəl Səid Nuri Azərbaycandan deportasiya olunub və onun qarşısına bir də heç vaxt ölkəyə qayıtmamaq barədə şərt qoyulub.

“Azadlıq” radiosunun məlumatına görə, Mari Harf daha sonra deyib: “Azərbaycan hökumətinin vətəndaş cəmiyyəti qruplarına münasibətdə beynəlxalq insan hüquqları öhdəliklərinə əməl etməməsindən getdikcə daha çox narahat oluruq”.

Səid Nuri 1981-ci ildə doğulub. Vaxtilə müxalif “Yeni Fikir” Gənclər Təşkilatı sədrinin müavini olub. 2005-ci ildə hakimiyyəti zorla ələ keçirmək ittihamı ilə 3 il şərti olaraq azadlıqdan məhrum edilib. 2006-cı ildə siyasi mühacir kimi Amerikaya gedib, sonra ABŞ vətəndaşlığı alıb.

Bu il sentyabrın 4-də onun Azərbaycandan çıxışına qadağa qoyulub. Baş Prokurorluq rəsmi açıqlama yayaraq bildirib ki, Səid Nurinin hərəkətinin müvəqqəti məhdudlaşdırılması Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaq edilən cinayət işi ilə bağlıdır. Səid Nuri bir dəfə prokurorluqda dindirilib, ancaq hansı cinayət işindən söhbət getdiyi açıqlanmayıb.

Səid Nuri sentyabrın 11-də Bakının hava limanına aparılaraq ölkədən yola salınıb.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar