“ABŞ öz fundamental azadlıqlarını həyata keçirmək istəyən insanların həbsindən çox narahatdır. Onların sırasında jurnalist Xədicə İsmayılova da var. Biz onların azad edilməsinə çağırırıq”
"Turan"-ın məlumatına görə, bunu mayın 5-də Vaşinqtonda keçirilən brifinqdə Dövlət Departamentinin nümayəndəsi Cef Ratke deyib.
“Biz Azərbaycan hökumətini öz vətəndaşlarının universal hüquqlarına hörmətlə yanaşmağa, ifadə azadlığı üçün şərait yaratmağa çağırırıq”, - C.Ratke vurğulayıb.
pia.az