ABŞ Dövlər Departamenti Azərbaycanda jurnalist Xədicə İsmayılovanın 7,5 il azadlıqdan məhrum edilməsi barədə məhkəmə qərarının cıxarılmasından narahatdır
"Turan"-ın məlumatına görə, bu barədə Dövlət Departamentinin bəyanatında bildirilir.
«Biz həmcinin istintaq və məhkəmə baxışı zamanı baş verən pozuntularından, o cümlədən şahid ifadələrinin və digər vacib sübutlarının xaric edilməsindən narahatıq. Bu hadisə Azərbaycanda insan hüquqlarının, o cümlədən mətbuat azadlığının məhdudlaşdırılmasına genış tendensiyasının daha bir nümunəsidir. Bu yaxınlarda Azərbaycan prezidenti İlham Əliyevin özünün dediyi kimi, KİV azadlığı demokratiyanın mühüm prinsiplərindəndir və bunun pozulması Azərbaycanın özünün maraqlarına ziddir”, - deyə bəyanatda bildirilir.
ABŞ Azərbaycan hökumətini X.İsmaılovanın və dıgər fəalların azad edilməsina, eləcə də öz beynəlxalq öhdəliklərinə hörmət etməyə cağırıb.
pia.az